Təpələr dağı

Təpələr dağıCulfa rayonu ərazisində dağ (hünd. 987,4 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli Pilələr qolunun   şərq yamacında zirvə. Dizə kəndindən  1,2 km cənub-qərbdədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid  Darıdağ-Aza qalxımının  geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Dizə antiklinalının cənub-qərb qanadında  yerləşir. [1]

Təpələr dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 987,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.