Tənzilə Narbayeva

Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri[2] (2011-ci ildən),[3][4] Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016).

Tənzilə Kamalovna Narbayeva
özb. Tanzila Kamalovna Narbayeva
bayraq
Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri
bayraq2
Vəzifədədir
21 iyun 2019-cuildən
PrezidentŞavkat Mirziyayev
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyul 1956(1956-07-24)[1] (67 yaş)
Milliyyəti özbək
Vətəndaşlığı Özbəkistan Özbəkistan
Partiya Özbəkistan Xalq Demokratik partiyası
Təhsili Mirzə Uluqbəy adına Özbəkistan Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi pedoqogika elmləri namizədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir.

Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur.[5]

Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır:

  • Baş nazir müavininin katibliyinin rəhbəri;
  • Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri;
  • Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində:
    • aparıcı mütəxəssis;
    • baş mütəxəssis.

21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb.[6] Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".[7]

2016-cı ilin dekabrında Tənzilə Narbayeva Özbəkistan Baş nazirinin müavini — növbədənkənar prezident seçkilərindən sonra qurulan hökumətdə Özbəkistan Qadınlar Komitəsinin sədri vəzifəsinə təyin edildi.[8]

6 fevral 2017-ci ildə yenidən Özbəkistan Velosiped İdmanı Federasiyasının sədri vəzifəsinə seçildi.[3][4][9][10]

22 dekabr 2018-ci ildə Özbəkistan Qadınlar Komitəsinin hesabat-seçki konfransında Narbayeva yenidən 5 il müddətinə komitə sədri seçildi.[11][12]

20 iyun 2019-cu il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyayevin fərmanı ilə Tənzilə Narbayeva Oliy Majlisin Senatına daxil edildi.[5][13][14][15][16][17] Ertəsi gün, iyunun 21 -də ölkə prezidentinin təklifi ilə parlamentin yuxarı palatasının sədri seçildi. Narbayeva bu vəzifəni tutan ilk qadın oldu. 22 dekabr 2019-cu ildə Tənzilə Narbayeva Daşkənd Şəhər Xalq Deputatları Kenqaşına seçkilərdə qalib gəldi.[18]

17 yanvar 2020-ci ildə Narbayeva Daşkənd şəhərindən senator seçildi.[19]

20 yanvar 2020-ci ildə yenidən Ali Məclis Senatının sədri seçildi.[20]

Evlidir, 2 övladı var və nəvələri var.

Mükafatları

Dövlət mükafatları

  • "Şöhrət" medalı (2000) [20]
  • "Mehnat Şuxrati" ordeni (2010) [21]
  • "Fidokorona Xidmətləri Üçün" ordeni(2016)

Digər mükafatları

UzA-nın "İlin Seçimi — 2019" müsabiqəsinin "Özbəkistanda ən fəal dövlət xadimi — İlin adamı" nominasiyasının qalibi.[21][22][23]

İstinadlar

  1. Website of the Senate of Uzbekistan // http://senat.uz/ru/senators/view/1.
  2. "Руководство Федерации велоспорта Узбекистана". 2021-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
  3. "Председатель Комитета женщин переизбрана главой Федерации велоспорта". Sputnik. 2017-02-07. İstifadə tarixi: 2019-11-22.
  4. "Председатель Федерации велоспорта переизбрана". Газета.uz. 2017-02-07. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  5. "Выступление Президента Республики Узбекистан Шавката Мирзиёева на двадцатом пленарном заседании Сената Олий Мажлиса". УзА. 2019-06-22. 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  6. "Избран новый председатель Федерации профсоюзов Узбекистана". Федерация профсоюзов Узбекистана. 2016-12-20. 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  7. "Танзила Нарбаева — о реформах, положении женщин и рубке деревьев". Газета.uz. 2019-11-18. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
  8. "Назначены заместители премьер-министра". Газета.uz. 2016-12-15. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  9. "Федерации велосипедного спорта Узбекистана". 2021-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
  10. "Миллий олимпия қўмитасида Ўзбекистон велосипед спорти федерациясининг ҳисобот-сайлов конференцияси бўлиб ўтди". Ўзбекистон МОҚ (özbək). 2019-02-06. 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  11. "Танзила Нарбаева переизбрана главой Комитета женщин". Газета.uz. 2018-12-22. 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  12. "Ўзбекистон Хотин-қизлар қўмитасининг 2014-2018 йиллардаги фаолияти якунлари ва келгусидаги вазифалари сарҳисоб қилинди". Ўзбекистон Хотин-қизлар қўмитаси (özbək). 2018-12-24. 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  13. "сообщение о заседании ЦИК". 2019-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
  14. "Сенат Узбекистана впервые возглавила женщина". Фергана. 2019-06-21. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21."Танзила Нарбаева избрана главой Сената". Газета.uz. 2019-06-21. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  15. "Танзила Нарбаева стала спикером сената Олий Мажлиса". Sputnik. 2019-06-21. İstifadə tarixi: 2019-11-21.
  16. "Танзила Нарбаева избрана Председателем Сената Олий Мажлиса Республики Узбекистан". УзА. 2019-06-21. 2019-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  17. "Информационное сообщение о двадцатом пленарном заседании Сената Олий Мажлиса Республики Узбекистан". Информационная служба Сената Олий Мажлиса Республики Узбекистан. 2019-06-21. 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
  18. "Халқ депутатлари Тошкент шаҳар Кенгаши депутатларини рўйхатга олиш тўғрисида". Тошкент шаҳар ҳокимлиги (özbək). 2021-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
  19. "В верхнюю палату Олий Мажлиса избрано 6 сенаторов от Ташкента". Хокимият города Ташкента. 2020-01-17. 2020-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
  20. "Избраны Председатель Сената Олий Мажлиса и его заместители, председатели комитетов и их заместители". Сенат Олий Мажлиса Республики Узбекистан. 2020-01-20. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
  21. "ПОЗДРАВЛЯЕМ, Танзила Нарбаева – человек года в Узбекистане!". УзА. 2020-01-17. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
  22. "УзА назвало Танзилю Нарбаеву "Человеком года"". Uz24. 2020-01-17. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
  23. "Танзила Нарбаева признана человеком года". Газета.uz. 2020-01-19. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.