Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir.
Ümumi məlumat
Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Tərkibi
Bir çörəyi hazırlamaq üçün aşağıdakı ərzaqlardan istifadə etmək lazımdır:
- Quru maya – 1 paket (7 g).
- İlıq su – 1 ½ stəkan (75 ml) .
- Duz – 1 çay qaşığı.
- Əla növ un – 3 stəkan (450 g) .
- Yumurta sarısı (səthi üçün) – 1 ədəd.
- Küncüt (və ya xaş-xaş) – 1 çay qaşığı.
Hazırlanması qaydası
Bir kasaya ilıq su qoyub, quru mayanı suda həll edin. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı su əlavə edib əlinizlə qarışdırın. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, çox bərk olmamalıdır. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun. Xəmir təxminən 1,5 – 2 saata gələcək. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 sm qalınlığı, 35 sm uzunluğu və 20 sm genişliyi olan ovala açın. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz – non-stick – listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin. Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin. Təndiri 200 °C-dək qızdırın. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin . Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində və yaxud üstü qızaranadək bişirin.
Həmçinin bax
- Dağlı çörəyi (film, 2007)