Tənənəm dağı

Tənənəm dağıŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, onun cənub-qərb yamacında, Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəkslik (hünd. 1603,0 m). Тənənəm kəndindən 750 m şərqdədir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batımı sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb və şərq yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılmaları keçir.[1]

Tənənəm dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1603,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.