Tənənəm
Tənənəm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Naxçıvan-Sədərək avtomobil yolundan 9 kilometr aralıda yerləşir.
Tənənəm | |
---|---|
39°30′46″ şm. e. 45°10′28″ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.288 m |
Saat qurşağı | |
|
Tarixi
Kənddəki tarixi abidələrin XIV əsrə aid olduğu ehtimal edilir. Kəndin 3 km. şimal-şərqində Qazma mağarası, şərq hissəsində Tunc dövrünə aid "Cənnət qayası" adlanan abidə yerləşir.
Tənənəm qədim yaşayış məskənlərindən biri kimi
Qazma mağarası ərazisində aşkarlanmış maddi mədəniyyət nümunələri sübut edir ki, bu kənd ölkəmizin ərazisində ən qədim insan yaşayış məskənlərindən biridir. Abidə Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.Paleolit dövrünün abidəsidir. O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır. Altıncı təbəqə müxtəlif maddi mədəniyyət qalıqları ilə zəngin olmuşdur. Bu təbəqədə daş alətlərdən başqa üç tərəfdən yastı daşlarla əhatələnmiş iki ocaq aşkar olunmuşdur. Ocaqlardan xeyli qaralmış sümük tapılmışdır. Əmək alətləri əsasən obsidiandan hazırlanmışdır. Bundan başqa çaxmaqdaşı (21 ədəd) və daşlı şistdən (5 ədəd) hazırlanmış alətlərə də təsadüf olunmuşdur. Əmək alətlərinin hazırlandığı bütün daş növləri yerlidir. Xeyli miqdarda istehsal tullantısının – nukleus, qəlpə, obsidian və çaxmaqdaşı sınıqlarının aşkar edilməsi göstərir ki, daşın ilkin emalı mağarada olmuşdur. Dördüncü təbəqədən daş alətlərlə bərabər sümük alətlər də aşkar edilmişdir. Onlar biz, bıçaq, kəsici və oyucu alətlərdən ibarətdir. Aşkar olunmuş tapıntılar göstərir ki, Qazma mağarasında Mustye dövründə uzun müddət yaşayan qədim sakinlərin əsas təsərrüfat forması ovçuluq olmuşdur.[1]
Əhalisi
Əhalisi 819 nəfərdir.(2009 - cu il)[2]
İqtisadiyyatı
Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
İstinadlar
- 1. Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629