Təməlqoyma
Təməlqoyma və ya təməlatma mərasimi — binanın və ya hər hansı başqa layihənin tikintisinin ilk gününün qeyd edilməsini nəzərdə tutan, ənənəvi olaraq əksər ölkələrdə keçirilən mərasim. Belə mərasimlər çox zaman siyasətçilər və iş adamları kimi yüksək səviyyəli şəxslərin iştirakı ilə keçirilir. Təməlatma zamanı istifadə olunan faktiki kürəklər adətən xüsusi olaraq həmin mərasim üçün hazırlanır və bəzən qızılı rəngdə olur; həmin kürəklər sonralar nümayiş etdirilmək üçün nəzərdə tutulur.[1][2]
İstinadlar
- jwise@dothaneagle.com, Jeremy Wise. "Officials break ground on Wiregrass Public Safety Center". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
- "TSMC has started construction of its 5nm 'Fab 18' in Taiwan". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
Həmçinin bax
Xarici keçidlər
Vikianbarda Təməlqoyma ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.