Təll-Təmr

Təll-Təmr[1] (bəzi mənbələrdə Tel-Tamer;[2] ərəb. تل تمر‎, kürd. Girê Xurma[3], klass. süry. ܬܠ ܬܡܪ)[4]Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi.

Təll-Təmr
36°39′38″ şm. e. 40°22′17″ ş. u.
Ölkə
Mühafəzə Əl-Həsəkə
Rayon Əl-Həsəkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.285 nəf. (2004)
Təll-Təmr xəritədə
Təll-Təmr
Təll-Təmr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlkin olaraq, XX əsraysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.[5]

Xabur çayının sahilində, HələbMosul magistrial yolu üzərində, eləcə də Əl-HəsəkəTürkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır.

Coğrafiya

Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir. HələbMosul magistrial Təll-Təmr qəsəbəsinin əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevirir.

Əhali

2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.[5] Qəsəbənin ilkin sakinləri Yuxarı Tyari tayfasından olan aysorlar olmuşdur. Onlar vaxtilə İraqdan Türkiyənin Hakkari regionuna köçüblər. 1960-cı illərin axırlarında onlar qəsəbənin demək olar ki, bütün əhalisini təşkil edirdi. İndiki dövrdə qəsəbənin əhali ərəblərkürdlərdən təşkil olunub, ancaq 1990-cı illərdə aparılan hesablamalara görə, qəsəbə əhalisinin 20%-ni aysolar təşkil edir. Qəsəbənin əhali cədvəli belədir:[6]

1936196019811993199419952004
1.2441.2502.9945.0305.2165.4057.285

Suriyada vətəndaş müharibəsindən əvvəl elmi araşdırmalara görə, Suriyada yaşayan aysorların sayı 30.000 nəfərdir, onlardan 15.000–20.000-i Xabur sahili boyu ərazilərdə yaşayır.

İstinadlar

  1. B., Samir. "Rəsmi Dəməşqlə kürd bölmələrinin razılaşmasının detalları açıqlanıb (FOTO)". salamnews.org (az.). SalamNews. October 15, 2019. October 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
  2. "Türk ordusundan uğur: Şose boyunca kəndlər azad edildi". Axar.az (az.). October 15, 2019. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
  3. "Arxivlənmiş surət". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.
  4. "ISIS Attacks Tell Tamer". peyamner.com (kürd). Peyamner News Agency. February 15, 2015. April 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
  5. "General Census of Population and Housing 2004: Tell Abyad nahiyah". cbssyr.sy (ərəb). Suriya Mərkəzi Statistika Bürösu. October 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
  6. Fernandes, 1998. səh. 43

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.