Təlim təyyarəsi

Təlim təyyarəsi əsas etibarilə pilotların və ya ekipaj üzvlərinin uçuş vərdişlərini artırmaq məqsədilə istifadə olunan təyyarələrdir.

Təlim təyyarəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
MiQ-29 döyüş təyyarəsi və İl-103 təlim təyyarəsi

Döyüşlərdə istifadə olunması

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Yakovlev Yak-130 hərbi-təlim təyyarəsi

Bir sıra ölkələrin hərbi hava qüvvələrində təlim təyyarələri öz əsas məqsədləri ilə birlikdə, həmçinin döyüş əməliyyatlarında da istifadə olunur. Lakin, bu cür təyyarələr qırıcılara nisbətən qarşı tərəfdən gələcək hər hansı bir hücuma qarşı qorumalı olmadığı üçün müasir döyüş əməliyyatlarında istifadə olunması nəticəsində uğur qazanmaq da çətin olur.

Tarixən bəzi təlim təyyarələrinin hücum məqsədilə istismar olunan variantları da yaradılmışdır. Məsələn, XX əsrin ikinci yarısında Cənubi Afrikada baş vermiş sərhəd toqquşmalarında İtaliya istehsalı olan Aermacchi MB-326 təlim təyyarələri CAR Hərbi Hava Qüvvələrinin əsas zərbə gücü hesab olunurdu.[1] Çin istehsalı olan Hongdu JL-8 təyyarəsi də aşağı intensivliyə malik döyüş əməliyyatlarında düşmən bölmələrinə hücum etmək məqsədilə hazırlanmışdır.[2][3] Buna baxmayaraq, qırıcılara nisbətən zəif təchiz olunmuş təlim təyyarələrinin gözlənilməz hücum əməliyyatında iştirak etməsi və ya xüsusilə də hücum edən tərəfin hava üstünlüyünü öz əlində saxlayacağına əmin olması bu təyyarələrin də uğur qazanmasına səbəb ola bilər.[4]

Həmçinin bax

İstinadlar

  1. The Border War, SAAF museum Arxivləşdirilib 2007-09-04 at the Wayback Machine
  2. Chang, Andrei. "China exports attack craft to Sudan". United Press International. 17 sentyabr 2008. 2008-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  3. Dilley, Ryan. "The 'trainer' jet the UK loves to hawk". bbc.co.uk. BBC. 29 may 2002. 16 June 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  4. "Sri Lankan rebels launch air raid". bbc.co.uk. BBC. 26 mart 2007. İstifadə tarixi: 13 dekabr 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.