Təlhə ibn Ubeydullah
Təlhə ibn Ubeydullah (ərəb. طلحة بن عبيدالله) (595, Məkkə – 656[1], Bəsrə) — səhabə.
Təlhə ibn Ubeydullah | |
---|---|
ərəb. طلحة بن عبيد الله | |
Doğum tarixi | 595 |
Doğum yeri | |
Vəfat tarixi | 656[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[1] |
Fəaliyyəti | siyasətçi, hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
İslamın ilk səhabələrdəndir. Ömərin xilafət üçün təyin etdiyi altı namizəddən biridir. ” Məhəmmədin onun haqqında Cənnət müjdəsi verdiyi on nəfərdən biridir.
İslamı ilk qəbul edənlərdəndir. Rəvayət edildiyinə görə ticarət üçün getdiyi Şamın Busra qəsəbəsində qarşılaşdığı bir rahibdən Məkkədən bir peyğəmbər çıxacağını eşitmişdir. Rahibin tərifindən o peyğəmbərin Məhəmməd olduğunu anlayar. Dərhal Məkkəyə geri qayıdan Təlhə Məhəmmədin peyğəmbərlik elan etdiyini eşitdiyində Əbu Bəkr vasitəsiylə Məhəmmədə beyət edərək müsəlman olmuşdur.
Təlhə bin Ubeydullah müsəlman olduqdan sonra məkkəli paqanlar tərəfindan işgəncələrə məruz qalır. Hətta bir dəfəsində Nofəl ibn Xuveylid ibn Ədəviyye adamlarıyla birliktə Əbu Bəkr və Təlhəni birbirinə bağlayıb işgəncə etmişdir. Bu hadisədən ötrü onlara qarineyn (bitişiklər) deyilirdi.
Təlhə bin Ubeydullah 622-ci ildə hicrətə qoşularaq Məkkədən Mədinəyə gəlmiş və Uhud döyüşündə iştirak etmişdir. Savaşın son məqamlarında, iki atəş arasında qalan İslam Ordusu dağılanda, Hz.Məhəmmədi qorumaq üçün qalan çox az insanlardan biriydi. Bu savaşda səksənin üzərində yara aldığı ve bunlardan birinin qolunu əlil etdiyi rəvayət edilir.
Talhâ, cənnətlə müjdələnən on səhabədən biridir.
Hz.Muhammed onun üçün belə demiştir: "Səhabe-i Kiram'dan ayaqları üzərində gəzən bir şəhid görmek istəyirsinizsə, o Talha bin Ubeydullah'tır. (Buxarî, 2/107; 4/211-212)
"Əbu Bəkr cənnətliktir, Ömər cənnətliktir, Osman cənnətliktir, Əli cənnətliktir, Talha cənnətliktir, Zubeyr cənnətliktir, Sa'd Ibnu Malik cənnətliktir, Abdurrahman İbnu Avf cənnətliktir, Ebu Ubeyde Ibnu'l-Cerrah cənnətliktir." (Ebu Davud, Sunnet 9)
Osman ibn Əffanın xəlifə seçilməsindən əvvəl öz haqqını ona vermiş, özünün seçilmə haqqından imtina etmişdir.
Ömər ibn Xəttab xəlifə olabiləcəklər arasında Təlhəni da saymış ancaq o, Osman ibn Əffanın lehinə çəkilmişdir.
Osman ibn Affan'ın xəlifəliyi sırasında ona muxalif olanlara qarşı mübarizə aparmışdır.
İslamda ilk bölünmə olaraq sayılan Cəməl döyüşündə Əliyə qarşı Ayşənin yanında döyüşmüşdür. Bu savaşda Mərvan ibn Həkəm tərəfindən öldürülmüştür. Cənazə namazını şəxsən Əli tərəfindən qıldırıldığı rəvayət edilir.
İstinadlar
- Али-заде А. Тальха ибн Убайдулла (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
Mənbə
(Buxarî, 2/107; 4/211-212)
(Ebu Davud, Sunnet 9)
İbni Sa'd, Tabakât: 3/214-216;
İbn Hacer, İsâbe: 2/220-221
İbn Hişam, "es-Sîretü'n-Nebeviyye", I, 251, Mısır 1955;
el-Askalânî, "el-İsâbe fî Temyîzi's-Sahâbe", III, 290;
İbnü'l-Esîr, "Üsdü'l-Ğâbe fî Ma'rifeti's-Sahâbe", III, 85 vd. 1970