Təlafər qəzası

Təlafər qəzası (ərəbcə: قضاء تلعفر) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlafər şəhəridir.

Təlafər qəzası
36°30′ şm. e. 42°30′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 4.453 km²
Təlafər qəzası xəritədə
Təlafər qəzası
Təlafər qəzası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.453 km² ərazini əhatə edir.[1][2]

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən dörd nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Təlafər nahiyyəsi (ərəbcə: ناحية تلعفر)[3], Zimmər nahiyyəsi (ərəbcə: ناحية زمار), Rəbiyyə nahiyyəsi (ərəbcə: ناحية ربيعة) və Ayadiya nahiyyəsi (ərəbcə: ناحية العياضية)

Əhalisi

10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlafər qəzasının əhalisi həmin tarixdə 425.861 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Təlafər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 13.71%-ni təşkil edirdi.[4] Qəzanın inzibati mərkəzi olan Təlafər şəhəri monoetnik türkman şəhəridir.[6] Şəhərdə yaşayan türkmanaların 75%-i şiə, 25%-i isə sünni müsəlmanlardır.[6]

Etnik tərkibi

İPNMST[7] və OŞSAM[8]-ın məlumatlarına əsasən Təlafər qəzasının ərazisi və əhalisi
İnzibati vahid[1] Ərazisi, 2009-cu il[1] Təxmini əhalisi, 2010-cu il[9] Nisbəti Etnik çoxluq Etnik azlıqlar
Bütün qəza4 453 km²395 000100.00%(70%[10]-75%[11]) türkmanlar(25%[11]-30%[10]) ərəblər və sairə
Təlafər nahiyyəsi3 206 km²210 00053.20%türkmanlarərəblər
Zimmər nahiyyəsi[12]1 247 km²77 00019.50%türkmanlarərəblər
Rəbiyyə nahiyyəsi...[13]63 00015.90%ərəblər[14]türkmanlar
Ayadiya nahiyyəsi...[13]45 00011.40%türkmanlarərəblər

Tayfalar

Bütün qəza əhalisi oturaq olsa da tayfa quruluşunu saxlamışdır və qəza ərazisində toplam 82 tayfa yaşayır. Onalardan 51-i türkman tayfasıdır.

  • Halaybeq[15] — sünni müsəlman, etnik türkman, əsasən Təlafər şəhəri.
  • Çələblər — sünni müsəlman, etnik türkman, Təlafər şəhəri[16].
  • Əli Dövləti[17] — sünni müsəlman, etnik türkman, Təlafər şəhəri[18], Buxur kəndi[19], Şeyx İbrahim kəndi[20].
  • Himmətli
  • Fərhadlılar
  • Qaplanlı
  • Pir Nazarlı
  • Bekkerli
  • Səlbi — sünni müsəlman, etnik türkman, Təlafər şəhəri.

İstinadlar

  1. "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
  2. Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  3. مركز قضاء تلعفر
  4. "إحصاء نينوى تؤكد أن عدد سكان المحافظة تجاوز الثلاثة ملايين نسمة في نهاية 2009 الماضي". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  5. "توزيع الوحدات السكنية والأسر ومجموع سكانها حسب المحافظات لسنة 1997 و 2009". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  6. AUSA (Association of the United States Army) Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine—>AUSA Publications Arxivləşdirilib 2018-11-24 at the Wayback Machine—>2009 ARMY Magazine Archive Arxivləşdirilib 2014-05-02 at the Wayback Machine—>ARMY Magazine June 2009, Volume 59, Number 6 Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine—>Tal Afar 2005:Laying the Counterinsurgency Groundwork Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine By MAJ Jay B. Baker
  7. İraq Planlaşdırma Nazirliyinin Mərkəzi Statistika Təşkilatı
  8. Orta Şərq Strateji Araşdırmalar Mərkəzi (türkcə: Ortadoğu Stratejik Araştırmalar Merkezi Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine)
  9. ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 121, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 20—Musul'da Yerel Siyaset ve Irak Siyasetinde Yeni Dinamikler (Saha Çalışması) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mayıs 2012, sayfa 16-18.
  10. ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 3, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 1—Irak’ın Kilit Noktası: TELAFER Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mayıs 2009, sayfa 7
  11. New iraqi political football: redrawing provincial borders reaches fever pitch Arxivləşdirilib 2014-02-19 at the Wayback Machine
  12. 1984-cü ildə təşkil edilib.
  13. بيانات غير متوفرة
  14. Əsasən ərəb əsilli Şammar tayfasının (ərəbcə: عشيرة شمر) nümayəndələri
  15. Kökən olaraq Əfşar tayfasındandırlar.
  16. Şəhərin Taliha, Müəllimin və Qala məhəllələrində məskundurlar.
  17. Və ya Əli Dəvəli
  18. Əsasən şəhərin Saray məhəlləsində məskundurlar.
  19. Təlafər şəhərinin cənub-şərqində yerləşir. Kəndin coğrafi mövqeyi haqqında bax: Bukhur, Iraq Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  20. Təlafər şəhərinin cənub-şərqində yerləşir. Kəndin coğrafi mövqeyi haqqında bax: Shaykh Ibrahim, Iraq Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.