Tələt Mehdiyev
Tələt Mehdiyev (Tələt Rzaqulu oğlu Mehdiyev) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar mədəniyyət işçisi, AMEA Fizika İnstitutunun İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsinin rəhbəri.
Tələt Mehdiyev | |
---|---|
Tələt Rzaqulu oğlu Mehdiyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | Nanoelektronika, informatika, fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Şöbə rəhbəri, İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsi |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu |
Alma-mater | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi |
Təhsili | Ali |
Elmi rəhbərləri | Eldar Salayev, Rəhim Nani, Firudin Haşımzadə |
Mükafatları | Əməkdar mədəniyyət işçisi |
Həyatı
Tələt Mehdiyev iyunun 4-ü 1944-cü ildə Bakı şəhərinin tarixi rayonu olan İçərişəhərdə, ziyalı ailəsində anadan olmuşdur. Bakı xanı Səlim xanın, Səlimxanovlar nəslinin davamçısıdır. 1962-ci ildə Bakı şəhəri Voroşilov rayonunun 6 saylı orta məktəbini bitirərək həmin il S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fizik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən, AMEA Fizika İnstitutunda işləyir. Tələt Mehdiyev 1977-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, əvvəl fizika-riyaziyyat elmləri namizədi, sonra isə, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-ci ildə, AMEA Fizika İnstitutunda İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsini yaradaraq onun rəhbəri olmuşdur. O, 2015-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
- Elmi əsərlərinin sayı- 121
- Dil bilikləri - Azərbaycan, Rus, Alman və İngilis - sərbəst