Təkyemişan
Təkyemişan — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Təkyemişan | |
---|---|
40°40′00″ şm. e. 45°28′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
- Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Təkyemişan kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Böyük Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. 1921-1922-ci illərdə həmin rayondakı Emir kəndindən də buraya ailələr köç etdikdən sonra kəndə el arasında Emirri də deyilmişdir.
- Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində Təkyemişan kəndi statusu verilmişdir.
Toponimikası
Təkyemişan oykonimi Gədəbəy rayonunun Düz Rəsullu inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi tək yemişan ağacının yaxınlığında salındığına görə belə adlanmışdır. Bu ağac kəndin yaxınlığında hələ də durur.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 189 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.