Təklə (Cəlilabad)

TəkləAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Təklə
39°15′32″ şm. e. 48°20′46″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 859 nəf. (2009)
Təklə xəritədə
Təklə
Təklə

Toponimikası

Kənd Burovar silsiləsinin ətəyindədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr MilQarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.[1]

Bələdiyyə

29 may 2009-cu il tarixindən etibarən Təklə kəndi BabalıAbazallı kəndləri ilə birlikdə Təklə bələdiyyəsinə daxildir.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 859 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cild, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, "Şərq-Qərb", Bakı, 2007. səh.427
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası: Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının qanunu Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 29 may 2009-cu il.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.