Təkdam (Kəlbəcər)

TəkdamAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Təkdam kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ilin noyabr ayında üçtərəfli razılaşmaya görə işğaldan azad olunub.

Təkdam
40°05′25″ şm. e. 45°59′56″ ş. u.
Ölkə
Təkdam xəritədə
Təkdam
Təkdam

Toponimikası

Yaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş, indi də yaxşı saxlanmış kiçik bir binanın (yerli əhali bu binaya dam deyir) ətrafında saldığına görə belə adlandırılmışdır.[2] Kənd ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə belə adlanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir.[3]

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Yaylaqları

Əyir yaylaqları, Keçəltəpə yurdu.

Bulaqları

Çınqıllı bulaq, Sarı bulaq, Turşlu bulaq, Axac bulağı, Gözəllər bulağı.

Məşhur yerləri

Yamacpay, Şişdağ, Həsənin yalı, Xallar, Arxac biçənəyi, Cəmilin yalı, İldırımvuran yarğan, Kartof yerləri, Böyükpay, Dongüney, Səngər qayaları, Pəhləvan Nəbibiçən, Turşlubulaq biçənəyi, Yal mərəyi, Acıarmud, Xırman daşları, Cərgəqayalar, Topdaş.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.