Tək ipəksarıyan

Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ.

Tək ipəksarıyan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tək ipəksarıyan
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  709249
NCBI  13123
EOL  860845
Lymantria dispar

Xarici quruluşu

Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır.

Həyat tərzi

Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır. Qoyulan yumurta topaları müxtəlif formada olmaqla, ölçüsü bir neçə sm. olur. Təzə qoyulmuş yumurta topaları qabarıqdır, əl vurulduqda elastikliyi hiss olunur. Köhnə, keçən ildən qoyulmuş yumurta topalarının isə rəngi boz, içərisi boş olur, üst hissəsində tırtılların çıxdığı kiçik deşiklər görünür. Ədəbiyyat məlumatlarına əsasən Rusiyanın mərkəzi və şimal rayonlarında tək ipəksarıyan yumurtalarını torpaqdan 20-30 sm hündürlükdə ağacların gövdəsinə qoyurlar. Abşeron ərazisinin qəsəbələrində (Novxanı, Nardaran və Mərdəkan) isə aparılan müşahidələrə əsasən, tək ipəksarıyan yumurta topalarını ağacın gövdəsi ilə yanaşı yuxarı budaqlarına da qoyur. Əksər hallarda ağacların torpaqdan 10-15 sm hündürlüyündən başlayaraq 2–3 m hündürlüyədək gövdə hissəsinə qoyur. Kütləvi yumurtaqoyma dövründə isə yumurtalarını ağaclardan başqa taxta hasarların, daşların, yollarda olan dirəklər üzərinə, evlərin çardaqlarına və s. qoyur.

Yazda, aprelin birinci yarısında (havanın temperaturu 20-24oC olduqda) yumurtalardan tırtıllar çıxmağa başlayırlar. Onların bədəni tutqun, başı isə qara rəngdə olur. Bədənin hər iki yan tərəfindən uzununa ardıcıl, üzəri yumuşaq, qısa qılaoxşar tükcüklərlə örtülü olan tünd ziyillər yerləşir. Tırtıllar 13-15 gün yumurtaların qabığı ilə qidalanırlar. Sonra, bir müddət (2-3 gün) yumurta topalarının üzərində qalırlar. Bu vaxt ağaclarda ilk tumurcuq və yarpaqlar görünməyə başlayır. Tırtıllar ağac gövdəsi ilə hərəkət edib, həmin tumurcuq və yarpaqlarla qidalanırlar. Onlar yaşdan-yaşa keçdikcə bədənlərindəki tüklər seyrəkləşərək boz və ya boz-qonur rəngə çalırlar. Yaşlı tırtılın bədən uzunluğu 45–75 mm olur. Tək ipəksarıyanın tırtılları olduqca isti sevəndir, ən çox 20 illik ağac budaqlarının gün düşən tərəfinə yığılırlar, bu vaxt havanın temperaturu 20-25 °C olur. Kəpənəklərin tırtılları inkişaf dövründə 4-5 dəfə qabıq dəyişərək 5-6-ci yaşa keçirlər. Optimal şəraitdə onların inkişafı 34-40 günə qurtarır, nisbətən aşağı temperaturda 50-80 günə başa çatır. Tırtıllar iyun ayının ikinci yarısında puplaşmağa başlayırlar. Onlar ağacların budaq və gövdələrinin üzərində, qabığın altında puplaşırlar. Puplaşma ən çox qrup halında, yarpaq qırıntılarını bir-birinə yapışdıraraq tor hörgü içərisində gedir. Pup tünd qəhvəyi və ya qara rəngdə olub, inkişafı iki-üç həftə çəkir. İpəksarıyan ildə bir nəsil verir.

Yayılması

Keçmiş SSRİ-nin Avropa hissəsi,Qafqaz, Asiya, Afrika, ABŞ. Azərbaycanda Böyük Qafqazda( 2,3, 4,5) Abşeron ərazisinin qəsəbələrində (Novxanı, Nardaran və Mərdəkan)yayılıb.

İstinadlar

2. Nuriyeva İ.A. Azərbaycanın Böyük Qafqaz meşələində təkipəksaıyanın Lymantia dispar L.(Lepidoptea Lymantridae) kütləvi artımı və onun sayının tənzimlənməsi.j. “Bilgi”№2 2005.

3. Nuriyeva İ.A.Azərbaycanın Böyük Qafqaz meşə biosenozlarının ziyanverici kəpənəklərinin bioekoloji tədqiqi və onlarla mübarizə üsulları.Zoologiya institutunun əsərləri XXVIII cild Bakı “Elm” – 2006.s.759-766.4.Nuriyeva İ.A. B.Ə.Əhmədov.,İ.Q.Kərimova, E.A.,Hüseynov, Ş.M.Məhərrəmova Böyük Qafqazın Azərbaycan meşələrində tək ipəksarıyanın (Lymantria dispar L.) populyasiyasının müasir vəziyyəti haqqında. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri I cild Bakı “Elm” 2008.s.384-387.

5. Nuriyeva İ.A.Təkipəksarıyanın (Lepidoptera, Lymantridae) müasir vəziyyəti haqqında. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri II cild Bakı “Elm” 2010. s.379-384

Xarici keçidlər

asiangypsymoth.org Arxivləşdirilib 2013-05-21 at the Wayback Machine

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.