Təkərli

Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2]

kənd
Təkərli
40°30′29″ şm. e. 44°20′59″ ş. u.
Ölkə  Ermənistan
Region Abaran mahalı
Rayon Abaran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 644 nəf. (2011)[1]
Rəsmi dili
Təkərli xəritədə
Təkərli
Təkərli

Tarixi

Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim təkəli[5] türk etnonimi[6][7] əsasında[8][9] əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır[8]. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir[10].

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nın 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Tsağkaşen (Çiçəkli kənd) qoyulmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.174
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.236
  5. təkərli — İbtrahim Bayramov
  6. Erməni mənbələrində təkəli tayfasının adı həm də təkərli formasında qeyd edilir
  7. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16
  8. Qızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.16
  9. Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.185
  10. Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s. 184–185
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.