Təkəoğulları bəyliyi

Təkəoğulları bəyliyiRum Səlcuqlu dövlətinin süqutundan sonra Antalyada və ona yaxın bölgələrdə yaranmış Anadolu bəyliyi.

Təkəoğulları bəyliyinin bayrağı

Tarixi

Antalyanın adı Türkiyə Respublikasına qədər Təkə olaraq qalmıştır. Şimalda olan Həmidoğulları bəyliyi ilə qonşu idilər. Antalyada yerləşən Təkə yarımadası öz adını Təkəoğullarından götürmüşdür.

Fələküddin Dündar bəy, atası İlyas və babası Həmid, Səlcuqlar dövründə bir uc bəyi idilər. Dündar bəyin qardaşı Yunus bəy Antalya və Korkuteli mərkəzli Təkəoğulları bəyliyini qurdu. Bəyliyin şimalında Həmidoğulları bəyliyi yerləşirdi.

İranda hakimiyyət sürən Hülakü hökmdarı Bahadur xanın sərkərdələrindən olan Əmir Çobana Anadoluda tabe olmayanlar içində Dündar bəy də vardı. Əmir Çoban, Hülakülər imperiyasında hakimiyyəti tam ələ keçirdikdən sonra oğlu Dəmirdaşı Anadoluya vali göndərdi. Dəmirdaş Anadoluya gəldikdən sonra kəndliləri özünə tabe etməyə çalışdı. Həmid bəy fürsətdən istifadə edərək Dündar bəyin tutulmasını təşkil etdi və Dündar bəy öldürüldü. Həmid bəyə köməklik göstərən Yunus bəyin oğlu Mahmud bəy Təkəoğulları bəyliyinə hakim təyin edildi.

Təkəoğullarının kökü bilinməsə də, Əbülqazi, Təkə ilə birlikdə Sarık və Yomut oymaqlarını "Dış Salur" (taşki Salur) adı altında təsvir etmiş və onların 10-cu əsrdə indiki Türkmənistan ərazisindəki Kürən-Dağ və Balkan bölgəsində yaşadıqlarından bəhs etmişdir[1].

Bəylər

İkinci Anadolu bəylikləri
Tarix[2]Türkcə adıOğluQeydlər 
1321 — ?Yunusİlyas 
 ? −1327MahmudYunus 
1327–1372Sinânüddin HızırYunus 
1372 — ?[2]Mübârizüddin MehmetMahmud 
 ? −1391Osman ÇələbiMehmetİlk dönəm.
1391–1402Osmanlı imperiyasına ilhaqı
1402–1423Osman ÇələbiMehmetİkinci dönəm.
1423Osmanlı imperiyasına tam ilhaq

İstinadlar

  1. Clifford Ədmund Bosworth Ə. J. Brills Əncyclopaədia of Islam: 1913–1936 hərausgəgəbən von M. Th Houtsma, sayfa 720.  (ing.)
  2. Clifford Ədmund Bosworth Ə. J. Brills encyclopaədia of Islam: 1913–1936  (ing.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.