Təklə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Təklə | |
---|---|
40°30′27″ şm. e. 46°52′41″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Bərdə rayonunda da bu adda kənd mövcuddur.[3]
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.[4]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
- Təklə (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629