Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir.[1] Təhkiyənin üç tipini səciyələndirmək olar.[1]
Lirik təhkiyə
Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır.[2] Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır.[3] Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür.[4]
Epik təhkiyə
Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.[5]
Dialoq
Dialoq- iki və daha çox şəxsin danışması, fərqli inanc və dünyagörüşünə malik, müxtəlif irq və mədəniyyətlərə mənsub, müxtəlif siyasi düşüncəli insanların bir araya gələrək mədəni ölçülər daxilində bir-biriləri ilə ünsiyyət qurması metodudur.[6]
Həmçinin bax
Ədəbiyyat
- Babayev Y, Təriqət ədəbiyyatı: Sufuzm-Hurrufizm. Bakı., "Nurlaп" 2007.
- Əfəndiyev T. Azərbaycan dramaturgiyasında metodlar. Bakı., "Elm" 2002
- Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı., 1996
- Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı., "Maarif" 1985
- Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı., 2204
İstinadlar
- Əliyev, Rəhim. Ədəbiyyat nəzəriyyəsi (Azərbaycan) (2-ci nəşr). Bakı: Qanun. 2012.
- Qəhrəmanlı, Nazif. Ədəbiyyat nəzəriyyəsi (az.). Bakı: BQU mətbəəsi. 2008.
- Alışanlı, Şirindil. Sözün estetik yaddaşı (az.). Bakı: Elm. 1994.
- Şəmsizadə, Nizaməddin. Ədəbiyyat nəzirəyyəsi (az.). Bakı: Proqres. 2012.
- Sasani, Çingiz. Orta əsrlər Azərbaycan poeziyasında naturalist ədəbi-fəlsəfi fikir (az.). Bakı: Elm. 2007.
- Əhmədov, R. Аzərbаусап dramaturgiyasının jаnr poetikası (az.). Bakı: DDA. 2011.