Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat.
Məsələn, a) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq;
b) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək.
Tədqiqat metodu
Tədqiqat metodları aşağıdakılardır:
- yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu;
- elmi faktların əldə edilməsi vasitəsi;
- məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu.
Tədqiqat mövzusu
Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey.
Tədqiqat obyekti
Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə.
Tədqiqatçı
Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim.
Ədəbiyyat
- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.