Təcədin
Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]
Təcədin | |
---|---|
Ölkə | Ermənistan |
Tarixi
Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilir[2].
Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünə[3] türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözünün[4] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır[5]. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. l34
- Azərbaycan dilinin izahlı lüğəti, IV c., Bakı, «Elm», 1987. s.141
- Севортян Э.В. Этимологический словарь тюркских языков(Обшетюркские и межтюркские основы на букву «В», «Г»и «Д»), М., «Наука», 1980. s.341-342
- Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.