Təbriz küçəsi (Bakı)
Təbriz küçəsi — Bakı şəhərinin Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel küçə. Küçə İranın beşinci böyük şəhəri, Azərbaycanlıların mənəvi paytaxtı hesab olunan Təbriz şəhərinin adını daşıyır. Küçənin keçmiş adı Çapayev olmuşdur.
Təbriz küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Rayon | Nərimanov |
metro | Nərimanov |
İnfrastrukturu
Küçədəki tunel
Tunel Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yerləşməklə hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Tunelin tikintisinə 2010-cu ilin aprelində başlanılıb. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır. Tunelin sağ və sol tərəflərində salınmış yardımçı yollar da müasir standartlara cavab verir.[1]
29 dekabr 2010-cu ildə Prezident İlham Əliyev tunelin rəsmi açılışında iştirak etmişdir.[1]
Tunelin tikinti xüsusiyyətləri
Tunelin ümumi uzunluğu 274 metrdir. Örtülü hissəsinin uzunluğu 26 metr, hündürlüyü 5 metr, eni isə 17,5 metrdir. Tunelin tikintisinə daxil olan yan yolların uzunluğu 1012 metr, eni 5,5 metr, giriş yollarının uzunluğu isə 430 metrdir. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 4 zolaqda tənzimlənir. Yan yollarla birlikdə hərəkət 6 zolaqlıdır.[1]
Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, yüksək səviyyədə işıqlandırma sistemi qurulmuşdur. Tunelin üzərində paslanmayan metaldan dekorativ konstruksiyalar qurulmuş, ətrafda yaşıllıqlar salınmış, ağac və kollar əkilmiş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, rahat piyada səkiləri salınmışdır. Tunelin tikintisində ümumilikdə 5800 ton asfalt və 9 min kubmetr beton qarışığından istifadə olunmuşdur.[1]
Kəsişdiyi küçələr
Küçə Ceyhun bəy Hacıbəyli küçəsi ilə kəsişmədən başlayaraq Əliyar Əliyev küçəsində bitir.
- Nemət Quliyev küçəsi
- Firdovsi Məmmədov küçəsi
- Əliağa Vahid küçəsi
- Tələt Şıxəliyev küçəsi
- Əhməd bəy Ağaoğlu küçəsi
- Əbdüləzəl Dəmirçizadə küçəsi
- Koroğlu Rəhimov küçəsi
- Həsənoğlu küçəsi
- Aşıq Molla Cümə küçəsi
- Əhməd Rəcəbli küçəsi
- Mirzəbala Əhmədzadə küçəsi
- Ağa Nemətulla küçəsi
- Faiq Yusifov küçəsi
- Əşrəf Əliyev küçəsi
Mühüm ünvanlar
- № ? — 304 saylı orta məktəb
- № ? — Nərimanov bələdiyyəsi
- № ? — 21 saylı Dövlət Notariat Kontoru
- № 19 — Azərbaycan Dövlət Dəmir Yolu Liseyi
- № 19 — Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
- № ? — Şuşa restoranı
- № ? — 4 saylı şəhər poliklinikası
- № 35 — M. Şəhriyar adına mədəniyyət və istirahət parkı
- № 36 — Qarabağ mehmanxanası
- № ? — 77 saylı orta məktəb
- № ? — ADU-nun II və III nömrəli tədris korpusları
- № ? — Bakı İdarəetmə və Texnologiya Kolleci
- № 71 — Capsella pərdə-tül mərkəzi
- № ? — Heydər Əliyev Mərkəzinin konfrans zalı
- № ? — Respublika Uşaq Stomatoloji Mərkəzi
- № ? — McDonald's
- № 98 — Nərimanov bağı
Ədəbiyyat
İstinadlar
- "İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir". Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (az.). president.az. 29 dekabr 2010, 17:00. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-09.