Təbriz Saat Qülləsi
Təbriz Bələdiyyəsinin binası olaraq da bilinən Saat Qülləsi, İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhər bələdiyyəsinin əsas mərkəzi binasıdır.[2] Saat Qülləsi və ya sadəcə, Saat böyük zalı olan binadan, saatı olan qüllədən və cənub-qərb tərəfində yerləşən kiçik bağdan ibarətdir. Bağın ortasında fəvvarəsi olan dairəvi hovuz yerləşir.
Təbriz Saat Qülləsi | |
---|---|
38°04′25″ şm. e. 46°17′44″ ş. u. | |
Ölkə | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Saat Qülləsi adlanan bu bina 1934-cü ildə tikilmişdir. Tikildiyi dövrdən şəhər bələdiyyəsinin mərkəzi kimi fəaliyyət göstərən bina, II Dünya Müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin mərkəzi binasına çevrilmişdir.
Azərbaycan Milli Hökuməti İran qoşunları tərəfindən devrildikdən sonra bina yenidən şəhər bələdiyyəsinin mərkəzi ofisi kimi fəaliyyət göstərməyə başladı. Hal-hazırda da bina bələdiyyənin mərkəzi binasıdır.
Dəyişikliklər
1990-cı illərdə liftin qurulması zamanı saatın verandalarından biri zədələndi. Saatın qülləsinin üst hissəsindəki qübbə 2008-ci ildə yenidən rəngləndirildi. Gümüş rəngli şüşələrin əvəzinə xaki rəngli lif şüşələrdənistifadə edildi. Binanın bir hissəsi 2007-ci ildən Təbriz şəhər Bələdiyyə Muzeyi kimi istifadəyə verildi.
Bələdiyyə Muzeyi
Son illərdə binanın bir hissəsi muzey kimi təşkil edildi. Muzeydə Təbriz şəhərinin tarixi xəritələri və Təbrizdəki tikililərin tarixi şəkilləri, rekonstruksiya materialları sərgilənir. Muzeydə həmçinin şəhərdə ilk dəfə istifadə edilən bəzi şeylər də sərgilənir. Məsələn, ilk film çəkmə ləvazimatları, ilk taksi xidməti göstərən maşın və yanğın söndürmə alətləri. Təbriz toxuçuluq sənayesinin ən yaxşı nümunələrindən bəziləri də bu muzeydə sərgilənir.
Mərasimlər
Bina şəhərin tam mərkəzində yerləşdiyindən, tarixi boyü bir sıra mərasimlərə ev sahibliyi etmişdir. 1945–1946-cı illərdə Azərbaycan Milli Hökumətinin mərkəzi binası olmuşdur.
Qalereya
- Northern side of Saat Tower and municipality building from Saat square.
- Saatın II Dünya müharibəsi zamanı baş vermiş Rus işğalı zamanı ziyan görmüş zəngi. Sonradan yenisi ilə vəəz edilmişdir.
- Saat Qülləsinin əsas zalı. Hal-hazırda xalça kolleksiyası nümayiş etdirilir.
- Təbrizin qızıl açarı
- Muzeydə nümayiş etdirilən bəzi tapıntılar
- 1930-cu illərdə qüllənin təmiri
İstinadlar
- Wiki Loves Monuments monuments database. 2017.
- "پایگاه اطلاع رسانی و فرهنگی شهریار". shahryarnews.net. 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- "Arxivlənmiş surət". 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.