2016-cı il Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir.
Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir.
Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur.
Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib. Hospitalda şəhid olan digər hərbi qulluqçu – gizir Rahim Tağıyev isə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Təsnifləndirmə
Rütbələrinə görə:
|
Hərbi birləşmələrinə görə:
|
Cəbhənin istiqamətinə görə:
|
Siyahı
Yusifov Vüqar Nurəddin | Yusifov Vüqar Nurəddin oğlu 02.11.1976-cı ildə Şəmkir rayonunda (Şiştəpə) doğulub. Hərbi ali təhsilli (KHO məzunu). Evli və 3 övlad atası. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Taqım Komandiri və Qrup Komandiri olub, 2002-2003-cü illərdə Taborun Qərargah rəisi, 2003-cü ildən isə uzun müddət Tabor Komandiri vəzifəsində xidmət edib. Son olaraq Xüsusi Təyinatlı Qüvvələrdə Alayın Qərargah rəisi olub. Birləşmiş Ştatlar və Pakistanda təlimlərdə olub. 2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən toqquşmalarda fərqlənib. Aprelin 5-də Tərtər istiqamətində şəhid olub. Şəmkir rayonunda (Şiştəpə) dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[1] | |||
Mirzəyev Murad Telman | Mirzəyev Murad Telman oğlu 31.03.1976-cı ildə Sabirabad rayonunda (Muğan Gəncəli) doğulub. Hərbi ali təhsilli (KHO məzunu). Evli və 2 övlad atası. Xidmətinin birinci illərində Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə Motoatıcı Tağım Komandiri, Kəşfiyyat Tağım Komandiri vəzifələrində xidmət edib. Daha sonra isə uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Qrupun, Bölüyün və Taborun Komandiri olub, həmçinin Hərbi Hissə Komandiri vəzifəsində xidmət edib. Son olaraq Xüsusi Təyinatlı Qüvvələrdə Alay Komandiri olub. Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. 2 saylı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib.[2] | |||
Orucov Raquf İbrahim | Orucov Raquf İbrahim oğlu 12.07.1972-ci ildə Ağdam rayonunda (Cinli) doğulub. Evli və 2 övlad atası. 1990-ci ildə Sovet Ordusunda xidmət edib. Daha sonra Ağdam rayonuna qayıdıb və Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağı və Aranzəmin istiqamətlərində gedən hərbi əməliyyatlarda olub. Ağdam rayonunun işğalı zamanı erməni silahlı dəstələri tərəfindən anası öldürülüb. 1994-1996-cı illərdə BAÜKM-də hərbi ali təhsil alıb. 1996-cı ildən Azərbaycan silahlı qüvvələrində xidmət edib. 1998-ci ildə dönəmin Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[3] Murovdağ istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət edən zaman "Murov qartalı" ləqəbini alıb. Bir müddət 1-ci Ordu Korpusunun Ağdam rayonu istiqamətində yerləşən N saylı Hərbi Hissənin Komandiri olub. Aprel döyüşləri zamanı da 1-ci Ordu Korpusunda xidmət edib. Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Əliyev Elnur Adil | Əliyev Elnur Adil oğlu 16.08.1976-cı ildə Füzuli rayonunda (Dədəli) doğulub. Hərbi ali təhsilli (BAÜKM məzunu). Evli və 2 övlad atası. 2-ci Ordu Korpusunun Füzuli rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsində şöbə rəisi vəzifəsində xidmət edib. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Füzuli rayonunda (Bala Bəhmənli) dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[1] | |||
İmanov Samid Gülağa | İmanov Samid Gülağa oğlu 14.10.1981-ci ildə Neftçala rayonunda (Həsənabad) doğulub. Hərbi ali təhsilli (BAÜKM məzunu). Evli və 2 övlad atası. 2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Qrup Komandirinin müavini, Qrup Komandiri, Bölüyün Komandiri və Dəstə Komandiri olub, həmçinin Hərbi Hissənin Qərargah rəisi vəzifəsində xidmət edib. Bir müddət Müdafiə Nazirliyində də çalışıb. Son olaraq Xüsusi Təyinatlı Qüvvələrdə Hərbi Hissənin Qərargah rəisi vəzifəsində xidmət edib. İsveçrə, Pakistan və Rumıniyada təlimlərdə olub. 2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən toqquşmalarda fərqlənib. Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. Neftçala rayonunda (Həsənabad) dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib.[2] | |||
Məmmədov Rasim Əbdül | Məmmədov Rasim Əbdül oğlu 20.05.1977-ci ildə Babək rayonunda (Cəhri) doğulub. Hərbi ali təhsilli (BAÜKM məzunu). Evli və 2 övlad atası. 2000-ci ildən hərbi hissələrdə Tağım Komandiri, Bölüyün Komandiri, Motoatıcı Taborun Qərargah rəisinin müavini, Motoatıcı Taborun Qərargah rəisi, Motoatıcı Tabor Komandiri vəzifələrində olub. Son olaraq 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində Motoatıcı Tabor Komandiri vəzifəsində xidmət edib. Aprelin 4-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Babək rayonunda (Cəhri) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1] | |||
Musazadə Təbriz Taryel | Musazadə Təbriz Taryel oğlu 12.08.1981-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulub. Hərbi ali təhsilli (AAHTM məzunu). Evli və 2 övlad atası. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olub. Aprelin 2-də Füzuli rayonu istiqamətində Mi-24 vertolyotunun vurulması nəticəsində şəhid olub. 2 saylı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[1] | |||
Vəlizadə Urfan Üzeyir | Vəlizadə Urfan Üzeyir oğlu 01.11.1978-ci ildə Bakı şəhərində doğulub. Hərbi ali təhsilli. Evli və 2 övlad atası. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olub. Aprelin 2-də Füzuli rayonu istiqamətində Mi-24 vertolyotunun vurulması nəticəsində şəhid olub. 2 saylı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[1] | |||
Bayramov Vaqif Dilqəm | Bayramov Vaqif Dilqəm oğlu 25.12.1979-cu ildə Naftalan şəhərində doğulub. Hərbi ali təhsilli (BAÜKM məzunu). Evli və 3 övlad atası. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin bölmə rəisi vəzifəsində xidmət edib. Aprelin 4-də Tərtər istiqamətində şəhid olub. Naftalan şəhərində dəfn edilib. | |||
Orucov Mühüd Qurban | Orucov Mühüd Qurban oğlu 13.07.1984-cü ildə Qazax rayonunda (Fərəhli) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli və 2 övlad atası. Bir müddət 3-cü Ordu Korpusunun N saylı hərbi hissəsində Kəşfiyyat Tağım Komandiri vəzifəsində xidmət edib, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətinə davam edib. 2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən toqquşmalarda fərqlənib. Son olaraq Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin Tabor Komandiri olub. Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. Qazax rayonunda (Fərəhli) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Quliyev İnqilab Çingiz | Quliyev İnqilab Çingiz oğlu 13.04.1983-cü ildə Kəlbəcər rayonunda (İstisu) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli və 2 övlad atası. 2005-ci ildən Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edib. Son olaraq 1-ci Ordu Korpusunun Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət edib. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Dədəkişiyev Cavid Gülbaba | Dədəkişiyev Cavid Gülbaba oğlu 05.07.1988-ci ildə İmişli rayonunda (Qaralar) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). 2011-ci ildən 1-ci Ordu Korpusunun Goranboy rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsində xidmət edib. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. İmişli rayonunda (Qaralar) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Həsənov Ziya Niyazi | Həsənov Ziya Niyazi oğlu 11.10.1989-cu ildə Bərdə şəhərində doğulub. Hərbi ali təhsilli (AAHM). Evli və 1 övlad atası. 2-ci Ordu Korpusunun Beyləqan rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsində Tağım Komandiri vəzifəsində xidmət edib. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Bərdə şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
İsgəndərov Elnur İsgəndər | İsgəndərov Elnur İsgəndər oğlu 01.06.1989-cu ildə Şəki şəhərində doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli və 1 övlad atası. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin baş leytenantı olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şəki şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1] | |||
İsmayılov Əbu Bəkir Vüqar | İsmayılov Əbu Bəkir Vüqar oğlu 10.02.1990-cı ildə Kürdəmir şəhərində doğulub. Hərbi ali təhsilli. Evli. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı olub. Aprelin 2-də Füzuli rayonu istiqamətində Mi-24 vertolyotunun vurulması nəticəsində şəhid olub. 2 saylı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[1] | |||
Mehdiyev Rəşid Rövşən | Mehdiyev Rəşid Rövşən oğlu 26.07.1990-cı ildə Salyan rayonunda (Xələc) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Subay. 1-ci Ordu Korpusunun Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsinin baş leytenantı olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Salyan rayonunda (Xələc) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Namazov Elvin Məmməd | Namazov Elvin Məmməd oğlu 07.09.1990-cı ildə Qazax rayonunda (Yuxarı Salahlı) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində Qrup Komandiri vəzifəsində xidmət edib. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Qazax rayonunda (Yuxarı Salahlı) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1] | |||
Novruzov Mirzə Səlvər | Novruzov Mirzə Səlvər oğlu 06.08.1984-cü ildə Bakı şəhərində doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli və 2 övlad atası. 1-ci Ordu Korpusunun Goranboy rayonu yerləşən N saylı hərbi hissəsinin baş leytenantı olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. 2 saylı Fəxri Xiyaban dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1] | |||
Orucəliyev Qabil Əbdüləli | Orucəliyev Qabil Əbdüləli oğlu 15.09.1991-ci ildə Naxçıvan şəhərində doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli və 1 övlad atası. 1-ci Ordu Korpusunun Goranboy rayonu yerləşən N saylı hərbi hissəsinin leytenantı olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Naxçıvan şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Şirinov Sahil Həsrət | Şirinov Sahil Həsrət oğlu 24.06.1991-ci ildə Qəbələ rayonunda (Bum) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Subay. Bir müddət 1-ci Ordu Korpusunun Göygöl rayonu yerləşən N saylı hərbi hissəsində xidmət edib, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətinə davam edib. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonunda (Bum) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Ağayev Rusif İbrahim | Ağayev Rusif İbrahim oğlu 16.04.1987-ci ildə Lənkəran rayonunda (Hirkan) doğulub. Orta təhsilli. Evli və 2 övlad atası. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadalarının miçmanı olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Lənkəran rayonunda (Hirkan) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Abdullazadə Nurlan Rasim | Abdullazadə Nurlan Rasim oğlu 14.02.1994-cü ildə Zərdab rayonunda (Böyük Dəkkə) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Zərdab rayonunda (Böyük Dəkkə) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Cəfərov Mirsalam Təvəkgül | Cəfərov Mirsalam Təvəkgül oğlu 07.04.1994-cü ildə Tovuz rayonunda (Bayramlı) doğulub. Orta təhsilli. Subay. Azərbaycan Tibb Universitetinin Hərbi tibb bölməsində hərbi feldşer ixtisası üzrə dərəcə alıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Tovuz rayonunda (Bayramlı) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
İsgəndərov Nicat Bəhruz | İsgəndərov Nicat Bəhruz oğlu 04.08.1989-cu ildə Tərtər şəhərində doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun Füzuli rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Tərtər şəhərində dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Qarayev Dilsuz Məmmədağa | Qarayev Dilsuz Məmmədağa oğlu 07.04.1994-cü ildə Ağcabədi rayonunda (Hindarx) doğulub. Orta təhsilli. Evli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. Ağcabədi rayonunda (Hindarx) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Teymurov Pəncəli Nurməmməd | Teymurov Pəncəli Nurməmməd oğlu 24.03.1981-ci ildə Astara rayonunda (Azaru) doğulub. Orta təhsilli. Evli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib. 2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən toqquşmalarda fərqlənib. 2015-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.[4] Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. Astara rayonunda (Azaru) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1] | |||
Abidov Babək Vəfadar | Abidov Babək Vəfadar oğlu 03.05.1992-ci ildə Dəvəçi rayonunda (Zeyvə) doğulub. Orta təhsilli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şabran rayonunda (Zeyvə) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Baxışov Seymur Qulamhüseyn | Baxışov Seymur Qulamhüseyn oğlu 12.07.1987-ci ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilli. Evli və 1 övlad atası. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 3-də Tərtər istiqamətində şəhid olub. Sumqayıt şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Bayramov Sərxan Oqtay | Bayramov Sərxan Oqtay oğlu 12.07.1993-cü ildə Zaqatala şəhərində doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Zaqatala şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Cavadzadə Şahin Yaşar | Cavadzadə Şahin Yaşar oğlu 15.05.1995-ci ildə Beyləqan şəhərində doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Beyləqan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Fərəczadə Toğrul Habil | Fərəczadə Toğrul Habil oğlu 10.10.1993-cü ildə Ağsu rayonunda (Bico) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Ağsu rayonunda (Bico) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Hümbətov Orxan Kazım | Hümbətov Orxan Kazım oğlu 04.11.1992-ci ildə Şəki rayonunda (Kiş) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 4-də Tərtər istiqamətində şəhid olub. Şəki rayonunda (Kiş) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Hüseynov Bəxtiyar Rafayıl | Hüseynov Bəxtiyar Rafayıl oğlu 14.07.1995-ci ildə Goranboy rayonunda (Qızılhacılı) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 4-də Tərtər istiqamətində şəhid olub. Goranboy rayonunda (Qızılhacılı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Müstəcəbov Orxan Ələsgər | Müstəcəbov Orxan Ələsgər oğlu 05.03.1993-cü ildə Qobustan rayonunda (Bədəlli) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Qobustan rayonunda dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Novruzov Ravil Elman | Novruzov Ravil Elman oğlu 05.09.1986-cı ildə Xızı rayonunda (Giləzi) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Xızı rayonunda (Giləzi) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Qasımov Teymur Sabir | Qasımov Teymur Sabir oğlu 04.01.1992-ci ildə Mingəçevir şəhərində doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Qurbanov Tural Gürşad | Qurbanov Tural Gürşad oğlu 11.09.1992-ci ildə Kürdəmir rayonunda (Sığırlı) doğulub. Orta təhsilli. Evli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Kürdəmir rayonunda (Sığırlı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Səfərov Elimdar Səlimxan | Səfərov Elimdar Səlimxan oğlu 26.07.1992-ci ildə Yardımlı şəhərində doğulub. Orta təhsilli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin giziri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Neftçala rayonunda (Aşağı Qaramanlı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Həmidov Orxan İbrahim | Həmidov Orxan İbrahim oğlu 29.03.1980-ci ildə Füzuli rayonunda (Əhmədalılar) doğulub. Evli və 2 övad atası. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin çavuşu olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Füzuli rayonunda (Əhmədalılar) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Musayev Səbuhi Rəfael | Musayev Səbuhi Rəfael oğlu 16.06.1988-ci ildə Bərdə rayonunda (Mustafaağalı) doğulub. Evli və 1 övlad atası. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 1-ci Ordu Korpusunun Goranboy rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin çavuşu olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Bərdə rayonunda (Mustafaağalı) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Qəhrəmanov Ruhin Əşrəf | Qəhrəmanov Ruhin Əşrəf oğlu 10.10.1994-cü ildə doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin çavuşu olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Beyləqan şəhərində dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Hüseynov Əlvan Qafar | Hüseynov Əlvan Qafar oğlu 14.11.1994-cü ildə doğulub. Orta təhsilli. Subay. 2015-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin baş əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Füzuli rayonunda (Zobcuq) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Adilzadə Adil Kamran | (MAHHXHQ) |
Adilzadə Adil Kamran oğlu 17.04.1993-cü ildə Mingəçevir şəhərində doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 1-ci Ordu Korpusunun Goranboy rayonunun Borsunlu istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | ||
Dəmirli Hüseyn Zeynal | (MAHHXHQ) |
Dəmirli Hüseyn Zeynal oğlu 04.08.1993-cü ildə Biləsuvar şəhərində doğulub. Orta təhsilli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Biləsuvar şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | ||
Əsgərov Nurlan Bayram | (MAHHXHQ) |
Əsgərov Nurlan Bayram oğlu 03.12.1995-ci ildə Masallı rayonunda (Viləş) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 4-də Tərtər istiqamətində şəhid olub. Masallı rayonunda (Viləş) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | ||
Əsgərov Təbriz Hamlet | (MAHHXHQ) |
Əsgərov Təbriz Hamlet oğlu 12.01.1993-cü ildə Şəmkir şəhərində doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şəmkir rayonunda (Morul) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | ||
Məmmədov Murad Vaqif | (MAHHXHQ) |
Məmmədov Murad Vaqif oğlu 17.04.1989-cu ildə Sumqayıt şəhərində doğulub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | ||
Quliyev Səyyar Knyaz | (MAHHXHQ) |
Quliyev Səyyar Knyaz oğlu 13.11.1986-cı ildə Füzuli rayonunda (Zobcuq) doğulub. Evli və 1 övlad atası. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Füzuli rayonunda (Zobcuq) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | ||
Mirzəyev Məhəbbət Zaman | Mirzəyev Məhəbbət Zaman oğlu 16.12.1994-cü ildə Beyləqan rayonunda (Dünyamalılar) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib. Çində təlimlərdə olub. Aprelin 4-də Tərtər istiqamətində şəhid olub. Beyləqan rayonunda (Dünyamalılar) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Qayıbov Elvin Sədrəddin | Qayıbov Elvin Sədrəddin oğlu 26.12.1989-cu ildə Xaçmaz rayonunda (Əbilyataq) doğulub. Orta təhsilli. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində xidmət edib. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Xaçmaz rayonunda (Əbilyataq) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Alıyev Vüsal İlham | Alıyev Vüsal İlham oğlu 04.10.1996-cı ildə Şəmkir rayonunda (Kür) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şəmkir rayonunda (Kür) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Axundov Əbdülməcid Nadirşah | Axundov Əbdülməcid Nadirşah oğlu 15.10.1993-cü ildə Sumqayıt şəhərində doğulub. Ali təhsilli (AzTU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun Tərtər istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Bağırov Emin İmran | Bağırov Emin İmran oğlu 15.07.1996-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilli. Subay. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Bir müddət 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 4-də Tərtər istiqamətində şəhid olub. Binəqədi rayonunda Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Bağırov Sərxan Azər | Bağırov Sərxan Azər oğlu 10.10.1997-ci ildə Göygöl rayonunda (Əlimədədli) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun Füzuli rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Göygöl rayonunda (Əlimədədli) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Bağırzadə Firdovsi Əliş | Bağırzadə Firdovsi Əliş oğlu 01.09.1996-cı ildə Yardımlı rayonunda (Bərcan) doğulub. Orta təhsilli. Subay. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun Tərtər rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Masallı rayonunda (Güllütəpə) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Baxşəliyev Rəşid Əliağa | Baxşəliyev Rəşid Əliağa oğlu 23.10.1996-cı ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun Ağcabədi rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Bayramov Şulan Bayram | Bayramov Şulan Bayram oğlu 28.07.1996-cı ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilli. Subay. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Cəbrayılov Ömər Məzahir | Cəbrayılov Ömər Məzahir oğlu 30.11.1997-ci ildə Ağdaş rayonunda (Şəkili) doğulub. Orta təhsilli. Subay. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Ağdaş rayonunda (Şəkili) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Dadaşov Tural Sabir | Dadaşov Tural Sabir oğlu 24.08.1993--cü ildə Bakı şəhərində doğulub. Ali təhsilli (ADİU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Suraxanı rayonunda (Qaraçuxur) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Dəmirli Altun Fərman | Dəmirli Altun Fərman oğlu 01.09.1997-ci ildə Şəmkir rayonunda (Düyərli) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şəmkir rayonunda (Düyərli) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Əliyev Orxan Məhəmməd | Əliyev Orxan Məhəmməd oğlu 11.08.1995-ci ildə Qazax rayonunda (Aslanbəyli) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Qazax rayonunda (Aslanbəyli) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Əzizzadə Xaliq Həsən | Əzizzadə Xaliq Həsən oğlu 27.08.1996-cı ildə Şərur rayonunda (Aşağı Yaycı) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun Göygöl rayonunun Toğanalı istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 5-də səhər saatlarında Tərtər istiqamətində snayper atəşi nəticəsində şəhid olub. Sabunçu rayonunda (Kürdəxanı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Hacıağayev Cabbarxan İlham | Hacıağayev Cabbarxan İlham oğlu 04.08.1996-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilli. Subay. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Binəqədi rayonunda (Xocəsən) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
İbrahimov Mahmud Azər | İbrahimov Mahmud Azər oğlu 03.09.1997-ci ildə Xırdalan şəhərində doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Sabunçu rayonunda (Zabrat) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
İslamov Əlizaman Fərrux | İslamov Əlizaman Fərrux oğlu 12.06.1997-ci ildə Sabunçu rayonunda (Zabrat) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Lənkəran rayonunda (Cil) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Kaçayev Samir Zirafəddin | Kaçayev Samir Zirafəddin oğlu 06.03.1994-cü ildə Şamaxı rayonunda (Çuxuryurd) doğulub. Ali təhsilli (ADRA məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şamaxı rayonunda (Çuxuryurd) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Mehralıyev Sarvan Natiq | Mehralıyev Sarvan Natiq oğlu 08.07.1997-ci ildə Ağdam rayonunda (Ballar) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Cəbrayıl-Füzuli istiqamətində şəhid olub. Ağdam rayonunda (Ballar) dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Məmmədov Ülvin Camaləddin | Məmmədov Ülvin Camaləddin oğlu 01.01.1996-cı ildə Ağcabədi rayonunda doğulub. Orta təhsilli. Subay. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Ağcabədi rayonunda dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Mirzəyev Elvin Azadxan | Mirzəyev Elvin Azadxan oğlu 13.02.1994-cü ildə Xaçmaz şəhərində doğulub. Ali təhsilli (AzTU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Xaçmaz şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Mirzəyev Mahir Sabir | Mirzəyev Mahir Sabir oğlu 17.02.1994-cü ildə Bakı şəhərində doğulub. Ali təhsilli (ADİU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Binəqədi rayonunda (Biləcəri) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Mirzəyev Nurəddin Etimad | Mirzəyev Nurəddin Etimad oğlu 20.12.1996-cı ildə Yardımlı rayonunda (Honuba) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun Füzuli rayonu istiqamətində N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Füzuli-Cəbrayıl istiqamətində şəhid olub. Yardımlı rayonunda (Honuba) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Muradov Rizvan Telman | Muradov Rizvan Telman oğlu 27.11.1997-ci ildə Sabirabad rayonunda (Çiçəkli) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Sabirabad rayonunda (Çiçəkli) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Nəsirov Röyal İmran | Nəsirov Röyal İmran oğlu 16.03.1997-ci ildə Cəlilabad rayonunda (Məlikqasımlı) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Cəlilabad rayonunda (Məlikqasımlı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Niftalıyev Rəşad Şakir | Niftalıyev Rəşad Şakir 19.08.1993-cü ildə doğulub. Ali təhsilli (UTECA məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Xətai rayonunda dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Novruzov Fərahim Nadir | Novruzov Fərahim Nadir oğlu 01.09.1996-cı ildə Biləsuvar rayonunda (Səmədabad) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Füzuli-Cəbrayıl istiqamətində şəhid olub. Biləsuvar rayonunda (Səmədabad) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Nurayev Rəvan İsmayıl | Nurayev Rəvan İsmayıl oğlu 03.03.1997-ci ildə Zaqatala rayonunda (Muxax) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Zaqatala rayonunda (Muxax) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Orucov Müşfiq Arif | Orucov Müşfiq Arif oğlu 18.09.1994-cü ildə Bakı şəhərində doğulub. Ali təhsilli (AzTU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun Naftalan şəhəri istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Suraxanı rayonunda (Hövsan) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1] | |||
Qasımov Nurlan Cəmil | Qasımov Nurlan Cəmil oğlu 06.05.1997-ci ildə Şəmkir rayonunda (Tatarlı) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şəmkir rayonunda (Tatarlı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Qasımov Teymur Mikayıl | Qasımov Teymur Mikayıl oğlu 28.06.1996-cı ildə Göyçay rayonunda (Çaxırlı) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun Füzuli rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Füzuli-Cəbrayıl istiqamətində şəhid olub. Göyçay rayonunda (Çaxırlı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Quliyev Mahir Qədir | Quliyev Mahir Qədir oğlu 21.12.1992-ci ildə Bakı şəhərində doğulub. Ali təhsilli (AzTU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Bakı şəhərində dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Qurbanlı Fəxrəddin Seyfəddin | Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 13.01.1994-cü ildə Bakı şəhərində doğulub. Ali təhsilli (Azərbaycan Universitetinin məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Binəqədi rayonunda dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Səmədov Elşən Səlim | Səmədov Elşən Səlim oğlu 20.07.1997-ci ildə Şamaxı rayonunda (Göylər) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şamaxı rayonunda (Göylər) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Süleymanov Vüqar Natiq | Süleymanov Vüqar Natiq oğlu 20.01.1993-cü ildə Şəki rayonunda (Dəhnə) doğulub. Ali təhsilli (BSU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2-ci Ordu Korpusunun Füzuli rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Füzuli-Cəbrayıl istiqamətində şəhid olub. Şəki rayonunda (Dəhnə) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Şirəliyev Kamran Faiq | Şirəliyev Kamran Faiq oğlu 28.02.1994-cü ildə Suraxanı rayonunda doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Suraxanı rayonunda dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Vahabzadə Mikayıl Yaqub | Vahabzadə Mikayıl Yaqub oğlu 25.06.1993-cü ildə İsmayıllı rayonunda (Maçaxı) doğulub. Ali təhsilli (SDU məzunu). Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. İsmayıllı rayonunda (Maçaxı) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Xeyirbəyov Əmiraslan Xəlil | Xeyirbəyov Əmiraslan Xəlil oğlu 10.12.1996-cı ildə Qusar rayonunda (Caqarqışlaq) doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Qusar rayonunda (Caqarqışlaq) dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Zəkarayev Nazim Nadir | Zəkarayev Nazim Nadir oğlu 31.08.1997-ci ildə Şamaxı şəhərində doğulub. Orta təhsilli. Subay. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsinin əsgəri olub. Aprelin 2-də Tərtər istiqamətində şəhid olub. Şamaxı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. | |||
Savalanov Nəcməddin Akif | Savalanov Nəcməddin Akif oğlu 26.02.1985-ci ildə İmişli rayonunda (Göbəktala) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Evli və 3 övlad atası. 1-ci Ordu Korpusunun Tərtər rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsində xidmət edib. Aprelin 2-də Tərtər istiqamətində ağır yaralanıb, mayın 8-də isə müalicə aldığı hospitalda vəfat edib. İmişli rayonunda (Göbəktala) dəfn edilib. Azərbaycan Prezidentinin 19.04.2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.[1] | |||
Tağıyev Rahim Qara | Tağıyev Rahim Qara oğlu 10.11.1979-cu ildə Şəki şəhərində doğulub. Orta təhsilli. Evli və 3 övlad atası. 1-ci Ordu Korpusunun N saylı hərbi hissəsində xidmət edib. Aprelin 2-də Tərtər istiqamətində ağır yaralanıb, iyulun 10-da isə müalicə aldığı hospitalda vəfat edib. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. |
Qeydlər
- 2 hərbi qulluqçunun – Elvin Qayıbov və Məhəbbət Mirzəyevin hərbi rütbələri dəqiq bilinmir
Həmçinin bax
İstinadlar
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. ""Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının və işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.