Təbil boşluğu
Təbil boşluğu (lat. cavitas tympani) — orta qulağın bir hissəsi, 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Təbil boşluğunun ön divarını - lat. paries caroticus yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi - lat. ostium tympanicum tubae auditivae açılır. Təbil boşluğunda 3 ədəd qulaq sümükcükləri, əzələlər və bağlar yerləşmişdir.
Təbil boşluğu | |
---|---|
| |
Latınca | cavitas tympani |
Sistem | Duyğu-hissiyyat |
Üzv | Müvazinət-eşitmə |
Arteriya | lat. arteria stylomastoidea |
Qulaq sümükcükləri
Orta qulaq əzələləri
Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunundal divarında yerləşir.
Quruluşu
Daxildən selikli qişa (lat. tunica mucosa) ilə örtülüdür. Əsasını birləşdirici toxuma qatı təşkil edir, üzəri qulaq pərdəsi və sümükcüklər sahəsində yastı təkqatlı epitellə və başqa sahələrdə silindrşəkilli kirpikli, ya kub epitellə örtülüdür. Selikli qişanın ardı ındə eşitmə borusuna, dal tərəfdə məməyəbənzər çıxıntı mağarasına və hüceyrələrə keçir; bəzi sahələrdə büküşlər: ön və arxa çəkic, zindan, üzəngi - lat. plicae malleares anterior et posterior, plica incudis, plica stapedius və ciblər: lat. recessus membranae tympani anterior, posterior et suberior (Prussaki) əmələ gətirir. Təbil boşluğu hava ilə doludur; öndə eşitmə borusu vasitəsilə udlaqla və dalda lat. aditus ad antrum mastoideum vasitəsilə məməyəbənzər çıxıntı mağarası və hüceyrələləri ilə birləşir. Bunun böyük əhəmiyyəti ondadır ki, təbil boşluğundakı havanın təzyiqi daima xarici atmosfer təzyiqi ilə bərabərləşir; bununla da qulaq pərdəsinin azad surətdə vibrasiya etməsinə (ehtizaza gəlməsinə) imkan yaradır.
Mənbələr
- İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999, (az.)