Təbib (qəzet)

Təbib (qəzet)Bakıda çap olunan universitet tibb qəzeti. Qəzet 2014-cü ilin yanvarından 8 səhifə olmaqlar rəngli çap olunur[1].

Təbib
Format A3
Təsisçi ATU
Baş redaktor Eldar İsmayıl
Məsul katib Mənsur,
Xüsusi müxbir Arif Məmmədli
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət 20 qəpik
Səhifə 4
Ünvan Bakı ş. Mərdanov qardaşları küçəsi 100.
Tiraj 3000

Haqqında

İlk sayı "Tibbi qadro uğrunda" adı altında 1933-cü ilin 16 dekabrında buraxılmışdır. Ayda iki dəfə işıq üzü görən "Təbib" qəzeti Azərbaycan Tibb Universitetinin nəşridir. Universitetin ictimai həyatını, elmi yenilikləri, alimlərin yubileylərini, dünya tibb elmində baş verən son məlumatları öz oxucularına çatdırır.

Qəzetin səhifələrində özünə ardıcıl yer qazanmış həkim məsləhətləri, xalq təbabətindən nümunələr, tanınmış alimlərin ayrı-ayrı xəstəliklərlə bağlı çıxışları təkcə tibb ictimaiyyəti, tələbələr arasında deyil, həmçinin geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanır. "Təbib" qəzeti təkcə tibb universitetinin həyatı ilə məhdudlaşan bir çərçivədə deyil, Azərbaycan səhiyyəsi ilə bağlı aktiv yazılara da mütəmadi yer ayırır.

"Təbib" qəzetinin redaksiyası

Əlaqə

  • e-mail:
  • e-mail:
  • tel. 595 24 97

Xarici keçidlər

http://amu.edu.az/yeni/index.php?option=com_content&view=article&id=64&Itemid=15 Arxivləşdirilib 2011-09-09 at the Wayback Machine

Həmçinin bax

  • Tibb (qəzet)[2]

İstinadlar

  1. "Təbib" qəzeti, № 02 (1577), 31 yanvar, 2014-cü il
  2. Aytən Əliyeva. ""Bizim qəzet" layihəsi – Azərbaycanda 21 min tirajla çıxan ən bahalı qəzet". modern.az (az.). 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.