Təbaşir
Tabaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Təbaşir | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.