Təşkilati struktur

Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv — yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü — funksional ənənəvi coğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı — xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və mənfi cəhətlər mümkün və yetərli ola bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq idarəetməni həyata keçirirlər.

Növləri

Təşkilati stuktur

Təşkilati strukturun bir neçə tipi fərqləndirilir ki, bunlardan bəziləri elementar və ya baza təşkilati struktur adlandırılır.

Xətti təşkilati struktur çox sadədir, ali rəhbərlikdən bilavasitə orta səviyyəli "xətti" menecerlərə və daha sonra təşkilatın işçilərinə birbaşa tabelik və məsuliyyət xəttini nəzərdə tutur. Xətti-qərargah təşkilati struktur konkret vəzifələrin (tədqiqatlar və işləmələr, planlaşdırma, bölgü, ictimaiyyətlə əlaqələr və s.) yerinə yetirilməsində ixtisaslaşmış məsləhət yardımının göstərilməsi ilə xətti rəhbərləri təmin edir. Kiçik təşkilatlarda ayrı-ayrı köməkçilər konkret funksiyanın reallaşmasına görə cavabdehdirlər. Böyük təşkilatlarda xətti təşkili tamamlayan qərargah xidmətlərini əmələ gətirən xüsusi bölmələr yaradılır.

Əsas təşkilati strukturlar aşağıda göstərilib:

  • iyerarxik;
  • biristiqamətli;
  • funksional;
  • sadələşdirilmiş matris;
  • balanslaşdırılmış matris;
  • gücləndirilmiş matris;
  • layihəli;
  • divizional.

Funksional təşkilati struktura xalis formada demək olar ki, rast gəlinmir. İdeal funksional təşkilati strukturun yüksək və həddən artıq ixtisaslaşmasını tələb edir ki, bu zaman bir rəhbər istehsalın başında durur, digər rəhbər planlaşmaya cavab verir, üçüncüsü təmir işlərinə cavabdehdir və s. Onların hamısı birbaşa bilavasitə işçilərə çıxırlar. İstehsalın bu cür təşkili praktikada işləmir, çünki bir işçinin çoxlu sayda rəhbəri olur. Bunun əvəzinə funksional ixtisaslaşma prinsipi əmtəə və ya xidmətin istehsalı və satışı və ya istehlakçıya çatdırılması üçün, müəyyən funksiyanın yerinə yetirilməsi üçün zəruri olan yaxın vəzifələrin qruplaşması üçün istifadə olunur. Səlahiyyətlər xətti ali rəhbərlikdən onun spesifik funksiyaların yerinə yetirilməsinə məsul olan müavininə keçir. Xətti rəhbərlər bu müavinlərə tabedirlər. Daha sonra iyerarxiya üzrə aşağı vəzifələr, həmçinin proseslər üzrə funksional təşkilatı struktur sadə texnologiyaları istifadə edən və nisbətən sabit və sadə şəraitdə fəaliyyət göstərən kiçik təşkilatlar üçün tipikdir. Real təşkilatların spesifik xarakteristikasından və vəzifələrindən asılı olaraq baza təşkilati strukturların elementlərinin kombinasiyası tətbiq olunur. Belə təşkilati strukturlar hibrid təşkilati strukturlar adlanır.

Anlayış

Xətti-qərargah funksional təşkilati struktur ixtisaslaşmış fəaliyyət növlərində (keyfiyyət müfəttişliyi, kadr xidməti, təchizat və s.) səlahiyyətlərə bölünür. Bu funksiyaları öz xətti rəhbərlərinə tabe olan xətti bölmələrin əməkdaşlarından ayrıca olan ixtisaslaşmış heyət yerinə yetirir. Əgər qərargah və xətti bölmələr arasında narazılıq yaranarsa, bu narazılıq yalnız eyni zamanda hər iki bölməyə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olan rəhbər tərəfindən həll edilə bilər. Böyük təşkilatlarda qərargah funksiyaları qeyri-mərkəzləşdirilə bilər. İri firmalara məxsus olan zavodlar və ya dövlət idarələrinin regional bölmələri kimi ayrı-ayrı əməliyyat operativ vahidləri yerli xətti rəhbərlərə tabe alan xüsusi qərargah bölmələrinə malikdirlər. Divizional təşkilati struktur (öz xərcini ödəyən bölmə, mənfəət mərkəzi) böyük təşkilatlar üçün xətti-funksional qərargah tipli təşkilati strukturun ən geniş istifadə olunan modifikasiyasıdır. Təşkilatın miqyasları artdıqca divizional təşkilati struktura keçid meyli təzahür edir. Bir rəhbərin tabeliyində konkret məhsula, xidmətə və ya onların qruplarına, eləcə də konkret müştəriyə və ya müştərilər qrupuna (istehlakçılara) və konkret regiona yönəldilmiş başlanğıc funksiyaları yerinə yetirən mütəxəssislər qruplaşdırılır. Divizional təşkilati struktur adətən daha mürəkkəb texnologiyada işləyən və daha az sabit və daha çox mürəkkəb xarici şəraitdə işləyən təşkilatlarda tətbiq olunur. Onların mühüm üstünlükləri ayrı-ayrı funksiyaların yerinə yetirilməsi zamanı ən yaxşı əlaqələndirmə (koordinasiya), eləcə də konkret məhsullar, xidmətlər və ya fəaliyyət növlərində dürüst təmərküzləşmədir. Xətti funksional – qərargah təşkilati struktur koordinasiyanın və kooperasiyanın gücləndirilməsinin mürəkkəb kompleks problemlərinin həlli zamanı müvəqqəti komitələrlə yanaşı xüsusi komitələrin yaradılmasını nəzərdə tutur. Səlahiyyətlərdən asılı olaraq komitə ya konsultativ (məsləhət) orqan, ya da konkret qərarlar qəbul edən orqan ola bilər. Birinci halda o, qapalı formal təşkilat daxilində məhdud funksiyaları yerinə yetirir; ikinci halda – təşkilati struktur xarici mühitin qeyri-müəyyənliyini və mürəkkəbliyini daha yaxşı nəzərə almağa imkan verir. O, "edhokratiya" (amerikalı futuroloq Tofflerin "Futuroşok" kitabında ilk dəfə işlənən ingliscə "adhocracy" terminindən götürülmüşdür) adını almışdır. Edhokratiya iyerarxiyanın rolunu azaldır və işçilərlə bölmələr arasında əməkdaşlıq münasibətlərinin rolunu artırır: Edhokratiya – vaxtında minimum ləngimə ilə bir mürəkkəb məsələdən digərinə keçməyə qadir olan maksimum çevik və adaptiv strukturdur. Edhokratiya prinsipinin reallaşmasına misal olaraq matris təşkilati strukturu göstərmək olar.

Matris təşkilati struktur superhibrid təşkilati struktur adlandırıla bilər. Burada funksional və divizional strukturların qurulmasından istifadə olunur. Bir işçinin bir neçə rəisi ola bilər. Layihələrin rəhbərləri yalnız bütövlükdə öz layihəsinin bitməsinə cavab verirlər. Təşkilatın başlıca məqsədi – layihənin rəhbəri ilə funksional rəhbərlər arasında tarazlığın təmin edilməsidir.

Matris təşkilati strukturun istifadə edilməsi üçün üç başlıca əsaslandırma mövcuddur:

  • həddən artıq informasiya yüklənməsi zamanı iş üçün ən çox dərəcədə uyğunlaşdırılmışdır;
  • miqyasa qənaətin effekti hesabına qıt və ya bahalı resurslardan daha səmərəli istifadə olunur;
  • həm texnoloji və texniki məsələrə, həm də xüsusən məhsullara, fəaliyyət növlərinə bərabər diqqət yetirilir.

Şəbəkə təşkilati struktur postindustrial inkişaf mərhələsi üçün xarakterikdir. O, xaricdən əmək resurslarının cəlb edilməsi ilə bərabər yeni texnika və texnologiyaların üstünlüklərindən istifadə edilməsinə imkan verir. Nəşriyyat, tikinti şirkətləri, tikiş fabrikləri kimi təşkilatlarda xarici müqavilələrin bağlanması həmişə mövcud olmuşdur. Kommunikasiya sahəsində son nailiyyətlər digər fəaliyyət növlərində belə praktikada istifadə etməyə imkan verir. Şəbəkə təşkilati struktur komandaların axını, iyerarxiya sifarişlər axını ilə, digər təşkilatlarla əlaqələrin koordinasiyası ilə əvəz olunur. Təşkilati strukturun üstünlüyü onun dinamikliyindən ibarətdir. O, qaimə xərclərini, kapital qoyuluşlarına olan tələbatları əhəmiyyətli dərəcədə azaltmağa və yeni texnologiyalara sürətlə uyğunlaşmağa imkan verir və yüksək innovasiya potensialına malikdir. Şəbəkə strukturunun mənfi tərəfi ondan ibarətdir ki, əgər məhsul göndərənlərin məhsulu həmin bazarda və ya rəqiblərə satılırsa, onda o, məhsul göndərənlər tərəfindən olan rəqabətə həssasdır.

Vizual təşkilati struktur

Vizual təşkilati struktur üçün (ing. create organizational chart) adətən aşağıdakı proqram təminatı istifadə olunur:

  • ConceptDraw
  • Business Studio
  • Microsoft Visio
  • OrgPlus
  • Casewise Corporate Modeler Suite

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.