Tədqiqat və inkişaf
Tədqiqat və inkişaf (və ya qısaca TƏ-İN) OECD tərəfindən "biliklərin artırılması üçün sistematik şəkildə həyata keçirilən yaradıcılıq işləri və bu biliklərdən yeni tətbiqetmələr yaratmaq üçün istifadə edilməsi" kimi təyin olunmuşdur.[1] Tədqiqat və inkişaf üç hissədən ibarətdir:
- Əsas tədqiqat
- Tətbiqi tədqiqat
- Eksperimental inkişaf.[1]
Tədqiqat və inkişaf, mədəniyyət, insan və cəmiyyət biliklərindən ibarət olan məlumat bazasını artırmaq və ondan yeni proseslər, sistemlər və tətbiqetmələr hazırlanması üçün istifadə məqsədilə, sistemli şəkildə həyata keçirilən yaradıcı fəaliyyəti, ətraf mühitə uyğun məhsul dizaynı və ya proqram fəaliyyətləri ilə öz sahəsində elmi və texnoloji inkişafı təmin edən, elmi və texnoloji cəhətdən bir qeyri-müəyyənliyə yönəlmiş və nəticələri orijinal, eksperimental, elmi və texniki fəaliyyətləri əhatə edir.
Tədqiqat və İnkişaf; Həm bir şirkət, həm də bir ölkə üçün yenilik sayəsində böyümənin və inkişafın vacib bir elementidir. TƏ-İN həyata keçirən təşkilatlar öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.[1]
Həmçinin bax
İstinadlar
- Staff, Investopedia. "Research And Development – R&D". Investopedia (ingilis). 2003-11-25. 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.