Tıva Muxtar Sovet Sosialist Respublikası
Tıva Muxtar Sovet Sosialist Respublikası və ya TMSSR (tıva Тыва Автономнуг Совет Социалистиг Республика) — 10 oktyabr 1961-ci il — 28 avqust 1991-ci illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası tərkibində mövcud olan türkdilli muxtar respublika. 10 oktyabr 1961-ci ildə Tıva Muxtar Vilayəti əsasında yaradılmışdır.[1] İnzibati mərkəzi və paytaxtı Kızıl şəhəri olmuşdur.[2] Ərazisi 170.5 min. km² təşkil etmişdir. Respublika cənubda Monqolustan, şərqdə Buryatiya ASSR, qərbdə Altay diyarı və şimalda Krasnoyarsk diyarı ilə həmsərhəd olmuşdur.[3] Tıva MSSR Sovet İttifaqına daxil olmasının 20-ci ildönümü münasibətilə 9 oktyabr 1964-cü ildə Lenin ordeni ilə, habelə SSRİ-nin 50 illiyini yubileyində 29 dekabr 1972-ci ildə "Xalqlar Dostluğu" ordeni ordeni ilə təltif edilmişdir. Tıva MSSR-də ən yüksək idarəetmə orqanı, beş illik müddətdə 130 millət vəkilindən ibarət Tıva MSSR Ali Soveti idi.[4][5]
muxtar respublika | |||||
Tıva Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
tıva Тыва Автономнуг Совет Социалистиг Республика | |||||
|
|||||
|
|||||
←
|
|||||
Paytaxt | Kızıl | ||||
Rəsmi dilləri |
tıva rus |
||||
Ərazisi | 170.5 min. km² |
28 avqust 1991-ci ildə Avqust qiyamından sonra, Tıva MSSR adı respublikanın Ali Soveti tərəfindən dəyişdirilərək Tıva Respublikası adlandırılmışdır.[6]
Tarixi
Tıva Muxtar Sovet Sosialist Respublikası 9 oktyabr 1961-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Tuva Muxtar Vilayətinin əsasında yaradılmışdır.[7] Bu qərar oktyabrın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq olundu.[7] Dekabrın 8-də isə SSRİ Ali Soveti qərarı təsdiq etdi.[8]
12 dekabr 1990-cı ildə, yeddinci çağırış Tuva ASSR Ali Sovetinin (1990–1993) sessiyasında, Respublikanın Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bəyannamə ilə Tıva Respublikası elan edildi.[9][10]
24 May 1991-ci il tarixində RSFSR Xalq Deputatları yığıncağı Tıva MSSR-nın adında dəyişiklik edərək Tıva SSR-ə çevirdi.[11] RSFSR Konstitusiyasının 71-i maddəsində görə 28 Avqust 1991-ci ildə Tıva Ali Şurası respublikanın Tıva Respublikası adlandırılmasına qərar verdi.[12]
21 aprel 1992-ci ildə yeni ad Rusiya Xalq Deputatları Yığıncağı tərəfindən təsdiq edildi.[13]
İqtisadiyyatı
Tuvan Muxtar Sovet Sosialist Respublikasının iqtisadiyyatı əsasən əkinçilik və faydalı qazıntı hasilatı kimi iki əsas sahədən ibarət olub. Kənd təsərrüfatı əsas məhsulları buğda və arpa idi.[14] Həmçinin respublikada iri buynuzli maldarlıq və maralçılıq da kənd təsərrüfatının əsas sahələrindən olub. Yerli kənd təsərrüfatından fərqli olaraq, Tuva sənayesi böyük ölçüdə rus mühacir əməyi ilə təmin olunurdu.[15]
Etnik vəziyyət
Rusları köçürülmə siyasəti və həm orta, həm də orta məktəbdən sonrakı təhsil sistemi 1990-cı illərdə demək olar ki, yalnız rus dilində aparılmasına baxmayaraq, tıvalılar Tıvada ən böyük etnik qrup olaraq qalmışdılar. Belə ki, 1990-cı ildə respublikanın təxminən 206.000 sakini tıvalı, 98.000 isə etnik rus idi.[16] Tıva Muxtar Sovet Sosialist Respublikası dövründə respublika ərazisində xeyli sayda islah-əmək koloniyaları və həbsxana düşərgəsi mövcud olmuşdur.[16]
1990-cı ildə respublikada azlıq ruslar ilə əksəriyyət tuvalılar arasında etnik toqquşmalar baş vermişdir. hərçənd Toomas Alataluya görə, bu münaqişə Rusiya mediası tərəfindən böyük ölçüdə şişirdilmişdir.[16] Bu narazılıqlar hökumətin yerli əhali ilə ruslar arasında qoyulan fərqlərdən irəli gəlmişdi. Belə ki, yerli köçəri maldarlar məcburi şəkildə övladlarının rus dilli internatlara qəbul edilməsi siyasətinə qarşı qalxmışdılar.[16]
1990-cı il Tıva Seçkiləri və 1991-ci il Rusiya Federal Seçkiləri
Estoniya siyasətçisi və yazıçısı Toomas Alatalunun sözlərinə görə, etnik gərginliyə baxmayaraq, Tıva kiçik respublikada böyüyən güclü partokratiyanın dəstəklədiyi Sovet mühafizəkarlığının qalasına çevrilmışdi. 1990-cı il Tıva seçkiləri, Tıvanın SSRİ-yə qoşulmasından bu yana respublikada əsas rəhbər üç vəzifənin etnik tıvalılar tərəfindən tutulduğu ilk hadisə idi. 1991-ci il Rusiyada keçirilən prezident seçkilərində, Tıva çox səslə Kommunist Partiyasının namizədi Nikolay Rıjkova səs verən az sayda muxtar respublikadan biri oldu. Səslərin 65%-i Rıjkova, cəmisi 15%-i Boris Yeltsinə verilmişdi.[16] 1991-ci ildə tələbələr, gənclər təşkilatları və ziyalılar da daxil olmaqla demokratik qüvvələr koalisiyası 27 avqustda respublika rəhbərliyinin istefasını tələb edərək aclıq aksiyasına başladı. Avqustun 28-də o vaxt Ali Sovetin sədri olan Çimit-Dorju Ondarın istefa verdi və Kommunist Partiyasının bütün mülkiyyətini mənimsəyən yeni Parlament iclası çağrıldı.[17] Bu hərəkətlər Tıva Muxtar Sovet Sosialist Respublikasının dağılmasına səbəb oldu. 31 mart 1992-ci il tarixində onun varisi olan Tıva Respublikası, Rusiya Federasiyasının qurucu üzvü oldu.
İnzibati bölgüsü
Yarandığı dövrdə Tuva MSSR 11 inzibati vahiddən ibarət idi:
- Bay-Taiqinski
- Barun-Xemçikski
- Dzun-Xemçikski
- Kaa-Xem
- Ovyurski
- Piy-Xemski
- Tandinski
- Tes-Xemski
- Tojhinski
- Uluq-Xemski
- Erzinski.
- 1963-cü ilin əvvəlində Bay-Taiyinski və Erzinski rayonları ləğv edildi.
- 1965-ci ilin yanvarında Bay-Taiqinski və Erzinski rayonları yenidən quruldu.
- 9 sentyabr 1968-ci ildə Monqun-Taiqinski rayonu yaradıldı.
- 11 fevral 1975-ci ildə Qızıl rayonu yaradıldı.
- 25 aprel 1983-cü ildə Sut-Xol rayonu yaradıldı.
- 1992-ci ildə Çaa-Xol rayonu və 1993-cü ildə Çedi-Xol rayonu yaradıldı.
Bu tərkibdə (16 rayon) Tıva Respublikası mövcudluğuna başladı.
İstinadlar
- Keesing's Contemporary Archives Volume 7, (October 1961) p. 18377
- Тыва́ / Самойлова Г.С., Горячко М.Д., Кызласов И.Л., Доржу З.Ю // Телевизионная башня — Улан-Батор. — М. : Большая российская энциклопедия, 2016. — С. 591–598. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 32). — ISBN 978-5-85270-369-9.
- Mongush, Mergen. "The Annexation of Tannu‐Tuva and the Formation of the Tuva ASSR." Central Asian Survey 12, no. 1 (1993): 81–85. https://doi.org/10.1080/02634939308400802. p.81
- The Great Soviet Encyclopedia, 3rd Edition. S.v. "Tuva Autonomous Soviet Socialist Republic."
- ibid.
- "Государственные символы Тувы: история и современность. Национальный музей Республики Тыва". 2010-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
- Указ Президиума Верховного Совета СССР от 10 октября 1961 года "О преобразовании Тувинской автономной области в Тувинскую Автономную Советскую Социалистическую Республику" Arxivləşdirilib 2016-01-29 at the Wayback Machine // Правда коммунизма. 1961. № 123
- "Закон СССР от 8 декабря 1961 года "Об утверждении Указа Президиума Верховного Совета СССР "О преобразовании Тувинской автономной области в Тувинскую Автономную Советскую Социалистическую Республику" и о внесении изменений в статью 22 Конституции (Основного Закона) СССР"". 2014-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
- "Тува-Онлайн: 16 лет назад тувинский парламент принял Декларацию о государственном суверенитете". 2007-09-08 tarixində arxivləşdirilib.
- "Принятие Декларации о государственном суверенитете Советской Республики Тува". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
- "Закон РСФСР от 24 мая 1991 года № 1326-I "Об изменениях и дополнениях Конституции (Основного Закона) РСФСР"". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
- "Государственные символы Тувы: история и современность. Национальный музей Республики Тыва". 2010-02-23 tarixində arxivləşdirilib.
- Закон Российской Федерации от 21 апреля 1992 года № 2708-I "Об изменениях и дополнениях Конституции (Основного Закона) Российской Советской Федеративной Социалистической Республики". Данный закон вступил в силу с момента опубликования в Российской газете 16 мая 1992 года.
- ibid.
- Alatalu, Toomas. "Tuva—A State Reawakens." Soviet Studies 44, no. 5 (1992): 881–95. https://doi.org/10.1080/09668139208412051. p.890
- Ibid.890
- Ibid.893
Ədəbiyyat
- Лузянин С. Г. Россия - Монголия - Китай в первой половине XX века. Политические взаимоотношения в 1911-1946 гг. М.: «ОГНИ». 2003. ISBN 5-9548-0001-4.
Xarici keçidlər
- "Административные преобразования в Туве". 2011-09-28 tarixində arxivləşdirilib.