Tısbağa şorbası
Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır.

Tarixi
Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır.
Resept

Qatı qəhvəyi rəngdə olan şorbadır[1][2][3]. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.[4][5][6].
Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır[7].
Tısbağa şorbasının təqlidi

İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır. Bu qida dananın beyin, dırnaq və daxili orqanlarından hazırlanır.

Tarixi faktlar
ABŞ Prezitenti Uilyam Taft tısbağa şorbası həvəskarı olmuşdur. Onun həmçinin bu yeməyi bişirmək üçün xüsusi aşpazı olmuşdur.
İstinadlar
- Recipe for snapper soup Arxivləşdirilib 2021-08-02 at the Wayback Machine (ing.)
- Arlene Burnett, "Slow food: Turtle soup is a throwback to an earlier elegant time" Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine, Pittsburgh Post-Gazette, June 26, 2008 (ing.)
- Filadelfiya sayağı tısbağa şorbası
- "Суп черепаховый". 2011-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-27.
- Tısbağa şorbası
- "Tısbağa şorbası". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-27.
- "Tısbağa şorbası". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-27.