Tüvik
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Tüvik | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Accipitrimorphae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tüvik |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təsviri
Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur.
Yayılması
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib.
Həyat tərzi
Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır. Azərbaycanda öyrənilməyib. Arealının başqa yerlərindən əldə edilmiş məlumata görə gec gəlib, tez köçür. Aprel ayının axırında gəlir, sentyabrda uçub gedir. Ağacda yerdən 5–12 m hündürdə yuva tikir. Mayın axırında 3-4 ədəd yaşıl çalarlı süd kimi ağ yumurta verir. Dişi quş 33-35 gün kürt yatır. Avqustun əvvəlində pərvaz balaları müşahidə olunur. Yemini adətən açıq sahədə yerdən götürür: iri həşərat, sürünənlər, siçanabənzər gəmiricilər, bəzən quş ovlayır.
Sayı
Həmişə nadir olub. XX əsrin axırında 5 cüt qeyd edilib. Lakin son 10 ildə 1 dəfə görünüb. Nəslinin kəsilməsi ehtimal olunur.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Ovlanması qadağandır, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.