Tüstü Eskadronu

Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur.

Tüstü Eskadronu
Loqonun şəkli
Növü Aerobatika komandası
Yaranma tarixi 14 may 1952 (1952-05-14) - Günümüz
Ölkə
Tabedir Braziliya Hərbi Hava Qüvvələri
Rəngləri Yaşıl, sarı, göy
            
Təchizatı Embraer EMB 312 Tucano
esquadrilhadafumaca.com.br
fumaca.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir.[1] Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı. Daha sonra isə bu təyyarələr Embraer EMB 312 Tucano ilə əvəz olundu. O vaxtdan təyyarələrin qırmızı rəngi, göy rənglə əvəz olundu.


İstinadlar

  1. "Esquadrão de Demonstração Aérea Histórico". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.

Xarici keçidlər


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.