Türksat 4A

Türksat 4A — hazırlanmasında türk texniki işçilərin də iştirak etdiyi, 14 fevral 2014-cü il tarixində saat 23.09-da kosmosa göndərilən xəbərləşmə peyki.[2]

Türksat 4A
Xüsusiyyətləri
Buraxılma tarixi 14 fevral 2014[1]

Peyk "Japon Mitsubishi Electric" firmasının təkmilləşdirdiyi DS2000 platforması ilə hazırlanıb.

Türksat 4A Qazaxıstanda yerləşən Baykonur Kosmik Bazasından Proton daşıyıcı raketi ilə kosmosa göndərilib. Təxminən 4 ay müddətində 50 dərəcəlik şərq orbitində sınaq müddəti keçib. 9 iyun 2014-cü il tarixində test orbitindən ayrılıb xidmətə başlaması planlaşdırılan 42 dərəcəlik şərq orbitində yerləşdirilmişdir. 2014-cü il İyun ayından xidmət göstərməyə başlamışdır. 15 iyul 2014-cü il tarixində icrası planlaşdırılan kanal keçidləri, Ramazan ayına görə tamaçılardan gələn çoxsaylı tələblərə görə müəyyən müddətə təxirə salınmışdır.[3]

Türksat 4A-ya keçid edəcək olan televiziya və radio yayımlarının tezlik dəyişiklikləri, 17 sentyabr 2014-cü il tarixini 18 sentyabr 2014-cü il tarixinə bağlayan gecə yarısı edilib.[4]

Həmçinin bax

İstinadlar

  1. McDowell J. Jonathan's Space Report. 1989.
  2. "Turksat 4A Uydusu" turksat.com.tr. 3 yanvar 2017-ci il tarixində arxivləşdirildi.
  3. "TV Kanal Geçişleri, İleri Bir Tarihe Ertelendi" . turksat.com.tr. 14 iyul 2014. 16 iyul 2014-cü il tarixində arxivləşdirildi.
  4. "Türksat 4A'ya Kanal Geçişleri Tamamlandı" turksat.com.tr. 18 sentyabr 2014-cü il. 26 sentyabr 2014-cü il tarixində arxivləşdirildi.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.