Türkmənistan gerbi
Türkmənistanın gerbi - Türkmənistanın rəsmi dövlət gerbidir. Türkmənistanın dövlət gerbi onun forması, rəngləri və mənası "Türkmənistan dövlət gerbi haqqıdakı" qanuna əsasən 1992-ci ilin fevral ayının 19-da qəbul olunub. Gerbdə kənarı qızılı rəngli zolaqla əhatələnmiş səkkizguşəli yaşıl fon üzərində, mərkəzində məşhur türkmən atı Ahaltəkə atı təsvir olunmuş dairəvi formada türkmən xalısı verilmişdir. Həmin xalının hər iki tərəfində sarı-qızılı rəngdə buğda göstərilmişdir. Mərkəzdəki xalının üzərində Türkmənistanın 5 bölgəsini ifadə edən 5 ağ rəngli ulduzu olan ağ aypara göstərilmiş, xalının aşağısında isə sarı rəngli budaq üzərində 7 ədəd ağ rəngli çiçək cərgələnmişdir.
Türkmənistan gerbi | |
---|---|
Türkmenistanyň Döwlet Tugrasy | |
Detallar | |
Armiger | Türkmənistan Respublikası |
Təsis edilib | 15 avqust 2003 |
Təsdiq edilib | 2003 |
İlk variantı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mənası
Türkmənistanın gerbi Türkmənistanın rəsmi dövlət gerbidir. Ortada görünən at, Türkmənlərin qüruru olan Ahal Teke atıdır.