Türkmənistan Dövlət Tibb Universiteti
M.Qarıyev adına Türkmənistan Dövlət Tibb Universiteti (türkm. Türkmenistanyň Döwlet lukmançylyk uniwersitety) — Türkmənistan Respublikasında tibbi profilli ali təhsil müəssisəsi[2]. Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinə və Təhsil Nazirliyinə tabedir.
M.Qarıyev adına Türkmənistan Dövlət Tibb Universiteti TQMU | |
---|---|
türkm. Türkmenistanyň Döwlet lukmançylyk uniwersitety | |
37°52′33″ şm. e. 58°21′41″ ş. u. | |
Əvvəlki adı | Türkmənistan Dövlət Tibb Universiteti |
Əsası qoyulub | 1931 |
Tip | Dövlət |
Rektor | Aycamal Orazalıyeva[1] |
Tələbə sayı | 3 minə yaxın |
Şəhər | Aşqabad |
Ölkə | |
Ünvan | 744000, Aşqabad, Arçabil prospekti |
Tarixi
Universitet 29 dekabr 1931-ci ildə Türkmənistan Dövlət Tibb İnstitutu adı ilə qurulmuşdur. 1981-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunduqdan sonra Xalqlar Dostluğu ordenli Türkmənistan Dövlət Tibb İnstitutuna çevrildi. İnstitut bu adı 1997-ci ilə qədər daşıdı, həmin il yenidən Türkmənistan Dövlət Tibb İnstitutu adlandırıldı.[3][4].
27 Avqust 2010-cu il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanı ilə Türkmənistan Dövlət Tibb İnstitutu ləğv edildi və bunun əsasında Türkmənistan Dövlət Tibb Universiteti yaradıldı ki, bu da keçmiş institutun bütün binalarının, əmlakının və avadanlıqlarının yeni Universitetə köçürülməsi ilə onun qanuni varisi oldu.[5][6] 1 sentyabr 2010-cu ildən Universitet Səhiyyə və Tibb Sənayesi Nazirliyinin binası və bir sıra tibb müəssisələrinin yaxınlığında, "tibb şəhəri" adlanan ərazidə, Arçabil prospektində yerləşən yeni bir binada məskunlaşıb.[7]
Universitetin əsas vəzifəsi Türkmənistanın tibb müəssisələrini və əczaçılıq müəssisələrini yüksək ixtisaslı həkim və mütəxəssislərlə təmin etməkdir.[6] Bundan əlavə, universitetin işinin vacib bir istiqaməti xəstəliklərin diaqnozu və müalicəsi üçün yeni metodların inkişafı, Türkmənistanda səhiyyə müəssisələrinin fəaliyyətinin elmi bazasının təkmilləşdirilməsidir.[8]
Fakültələr
Universitetin açılışı zamanı 1 sentyabr 2010-cu il tarixində təlim-tədris əsasən 5 fakültədə keçirilirdi: tibb, pediatriya, stomatoloji, əczaçılıq, tibbi və profilaktik.[7][9] Bir ildən sonra 2011-ci ilin sentyabrında universitetdə İdman Tibb Fakültəsi açıldı. 2012-ci ildə həkimlərin aspirantura hazırlığı və təkmilləşdirilməsi fakültəsi,[10] həmçinin hərbi tibb fakültəsi tədrisə başlamışdır.[11] 2015-ci ildə Dövlət Tibb Universitetində "Sanitariya və Epidemioloji Xidmət" istiqamətində tədrisə də start verildi.[12]
Universitetin mərkəzləri
Universitetin tərkibində aşağıdakı mərkəzlər fəaliyyət göstərir:
Fəxri mükafatları
1981-ci ildə institut "xalq sağlamlığı, tibb elminin inkişafında və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə "Xalqlar Dostluğu" ordeninə layiq görülmüşdür.[3]
2011-ci ildə universitet Avropa Keyfiyyət Assambleyasının “Yüksək keyfiyyətli təhsil xidmətlərinə görə” nominasiya komitəsi tərəfindən “Avropa keyfiyyəti” mükafatını almışdır.[16]
2012-ci ildə universitet Ümumdünya Səhiyyə Təşkilatının Dünya Tibbi Təhsil Müəssisələri Kataloqu - "İbn Sina"nın əsas bazasına daxil edilmişdir.[4][17]
İstinadlar
- "Произведены кадровые назначения". Электронная газета «Золотой век» (rus). 2012-07-06. 2018-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "Туркменский государственный медицинский институт". Высшие учебные заведения стран СНГ (rus). 2017-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- Туркменский медицинский институт // Большая медицинская энциклопедия (#bad_url). 25 (3-е изд.). М.: Советская энциклопедия. гл. ред. Б. В. Петровский. 1974—1989.
- "Информация об университете в каталоге «Авиценна»". Сайт Всемирного каталога медицинских образовательных учреждений. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "Туркменский медицинский институт стал университетом". Интернет-газета Turkmenistan.Ru (rus). 2010-08-28. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "Медицинский университет создан в Туркмении". РИА Новости (rus). 2010-08-27. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "Открылся новый Государственный медицинский университет". "ТУРКМЕНинформ". 2010-09-01. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "Медицинский университет будет совершенствовать свою деятельность". "ТУРКМЕНинформ". www.turkmeninform.com. 2012-05-13. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "Президент Туркмении назначил нового ректора Государственного медицинского университета". ИА REGNUM (rus). 2010-09-02. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "В медуниверситете открывается новый факультет". "ТУРКМЕНинформ". www.turkmeninform.com. 2012-05-21. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "В главном медицинском вузе страны откроется факультет военной медицины". "ТУРКМЕНинформ". 2012-06-19. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "Президент Туркменистана утвердил состав госкомиссии и план приема студентов в учебные заведения страны в 2015 году". Интернет-газета Turkmenistan.Ru (rus). 2015-07-11. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "В столице Туркменистана открылись стоматологический и офтальмологический научные центры". Интернет-газета Turkmenistan.Ru (rus). 2017-03-13. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "Туркменистан принимает активные меры в вопросах охраны матери и ребенка". Сетевое издание "СНГ СЕГОДНЯ". 2017-06-01. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "В Туркменском государственном медицинском университете открыто два научно-исследовательских центра". Интернет-газета Turkmenistan.Ru (rus). 2012-01-28. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- "Государственный медицинский университет Туркменистана удостоился высокой награды". "ТУРКМЕНинформ". 2011-04-26. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- "ТГМУ - во Всемирном каталоге «Директория Авиценны»". Электронная газета "Золотой век" (rus). 2012-07-21. 2018-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
Xarici keçidlər
- "Информация об университете в каталоге «Авиценна»". Сайт Всемирного каталога медицинских образовательных учреждений. İstifadə tarixi: 2018-02-19.