Türkmənistanın dövlət quruluşu
Türkmənistanın [2] dövlət quruluşu — 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Türkmənistan | |||||
---|---|---|---|---|---|
Türkmenistan Respublikasy | |||||
| |||||
Müstəqil, bitərəf Türkmənistan ! | |||||
Himn: Türkmənistan himni |
|||||
Tarixi | |||||
• Elan olunub | 27 oktyabr 1991-ci il | ||||
• Tanınıb | 31 dekabr 1991-ci il | ||||
Paytaxt | Aşqabad | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Qurbanqulu Berdiməhəmmədov[14.2.2007 ~] | ||||
Məclis sədri | Ağca Nurberdiyeva | ||||
Sahəsi | Dünyada 53-cü | ||||
• Ümumi | 488100[1] km² | ||||
• Su sahəsi (%) | 4.9% | ||||
Əhalisi | |||||
• Əhali | 5 240 min nəfər (117-ci) | ||||
• Siyahıyaalma (1995) | 4 483 251 nəf. | ||||
• Sıxlıq | 10,5 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 82 milyard dollar (87-ci) | ||||
• Adambaşına | 14 200 dollar (108-ci) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
Türkmənistan məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik respublikadır. 1991-ci ilin oktyabrında (Milli bayram günü olan müstəqillik günü 27 oktyabrda qeyd olunur) ölkədə müstəqillik elan edildikdən sonra 18 may 1992-ci ildə ilk Konstitusiya qəbul edilmişdir (1995, 1999, 2003[3], 2006[4], 2008-ci illərdə əlavə və dəyişikliklər edilmişdir).
İnzibati bölgüsü
Etraplardan ibarət olan 5 vilayətə (Ahal, Balkan, Daşoğuz, Lebap və Marı) və Aşqabad paytaxt dairəsinə bölünür.
Dövlət başçısı
Türkmənistanın ən yüksək vəzifəli şəxsi olan prezident dövlətin və icra hakimiyyətinin başçısı, silahlı qüvvələrin ali baş komandanı, milli müstəqilliyin, Türkmənistanın ərazi bütövlüyünün, Konstitusiyaya hörmətin, beynəlxalq saziş və müqavilələrin təminatçısıdır.
Milli Məclis, Nazirlər Kabineti və Ali Məhkəmə ilə yanaşı, ölkənin ali dövlət hakimiyyətini həyata keçirən Prezident 5 il müddətinə birbaşa və gizli səsvermə yolu ilə məhdudiyyətsiz sayda seçilir.
Konstitusiyanın və qanunların tətbiqi, xarici siyasət strategiyasının həyata keçirilməsi, hökumətlərarası və beynəlxalq təşkilatların etimadnamələrinin, xarici dövlətlərin diplomatik nümayəndələrinin övdətnamələrinin, habelə Türkmənistan Respublikası vətəndaşlığının verilməsi barədə qərarların qəbulu, Parlamentin razılığı ilə Ali Məhkəmə sədrinin, Baş prokurorun, daxili işlər və ədliyyə nazirinin vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, əfv və ya amnistiya verilməsi və mövcud Konstitusiyaya əsasən bir çox digər mühüm səlahiyyətli məsələlər dövlət başçısı tərəfindən həyata keçirilir.
Icraedici hakimiyyət
Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir Türkmənistan Prezidenti tərəfindən təyin və Məclis tərəfindən təsdiq edilir. Prezident və Parlament qarşısında kollektiv məsuliyyət daşıyan Nazirlər Kabineti dövlət başçısının sərəncam və fərmanlarının, Məclisin qərarlarının, Türkmənistan Respublikasının qanunlarının icrasını təmin edir, habelə iqtisadi, sosial və mədəni sahələrin effektiv fəaliyyətinə rəhbərliyi həyata keçirir.
Baş nazir Nazirlər Kabinetinin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir, Kabinetin işinin səmərəliliyinə görə fərdi məsuliyyət daşıyır, hökumətin iclaslarına sədrlik edir və onun qərarlarını imzalayır, dövlət başçısının göstərişi ilə Türkmənistan Respublikasını beynəlxalq münasibətlərdə təmsil edir və mövcud Konstitusiyada təsbit edilmiş digər mühüm funksiyaları yerinə yetirir.
Qanunverici hakimiyyət
Ölkə Konstitusiyasına edilən son dəyişikliyə əsasən iki palatalı parlament sistemi 125 yerlik bir palatalı Məclislə (Parlament) əvəz edilmişdir. Deputatlar birmandatlı dairələrdən ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Əsasən qanunvericilik fəaliyyətini həyata keçirən (qanunların qəbulu, illik büdcənin təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası, Konstitusiyaya düzəlişlər etmək və s.) Məclisin səlahiyyətləri de-fakto o qədər də geniş olmadığından icra hakimiyyətinə təsiri də məhduddur.
10 yanvar 2011-ci il tarixində Türkmənistan Parlamenti "Çoxpartiyalılıq haqqında" Qanun qəbul etsə də, Türkmənistan Demokratik Partiyası ölkədə de-fakto yeganə siyasi partiya sayılır.
Məhkəmə hakimiyyəti
Türkmənistan Respublikasında hüquqi sistem mülki hüquq sisteminə əsaslanır. Məhkəmə hakimiyyəti, üzvləri ölkə Prezidenti tərəfindən təyin edilən Ali Məhkəmə, Aşqabad şəhər məhkəməsi, habelə vilayət, hərbi, inzibati və digər ixtisaslaşmış məhkəmələr tərəfindən həyata keçirilir.
İstinadlar
- Государственный комитет Туркменистана по статистике: О Туркменистане Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine
- http://www.minjust.gov.tm/ru/mmerkezi/doc_view.php?doc_id=8124%7Ctitle Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine = Конституция Туркменистана|author = |work = |date = |publisher = }}
- "Опубликована Конституция Туркменистана С Учетом Внесенных В Нее Изменений И Дополнений". Turkmenistan.ru. 20.08.03. 2011-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21. (Yoxlanılıb 11 yanvar 2012)
- "Конституционный Закон Туркменистана". Turkmenistan.ru. 27.12.06. 2011-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21. (Yoxlanılıb 11 yanvar 2012)