Türkmən rayonu
Türkmən rayonu[4] (rus. Туркменский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Letnaya Stavka kəndidir. Əhalisi 22 918 nəfərdir (2020).
Türkmən rayonu | |
---|---|
45°19′ şm. e. 43°24′ ş. u. |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1925 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86565 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Rayon Stavropol diyarının şimal-şərq hissəsində yerləşir. Arzqirski, Blaqodarnenski, Stepnov, İpatovski, Apanasenkovski rayonları və Kalmıkiya Respublikası ilə həmsərhəddir.
İnzibati mərkəz diyar mərkəzindən 145 km məsafədə yerləşən Letnaya Stavka kəndidir. 1 yanvar 2010-cu il tarixə qədər rayon ərazisinin ümumi sahəsi 261,2 min hektar, o cümlədən kənd təsərrüfatı torpaqları 239,2 min hektar olmuşdur. Əkin sahələri 180,0 min ha idi. relyefi əsasən dağ ətəyi düzənlikdir. Torpaqlar çox müxtəlifdir. Əsasən Qafqaz qara torpaqları, tünd şabalıdı və o cümlədən 10 % şoran torpaqlar təşkil edir. Ərazi qeyri-sabit nəmliyi olan olan çöl zonasına aiddir. İqlimi kontinentaldır, isti quru yay, mülayim qış müşahidə olunur.
Tarixi
Türkmənlər XVII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər Orta Asiyadan Stavropol diyarına köç etmişdilər.
29 noyabr 1860-cı ildə Stavropol quberniyasının tərkibində Türkmən pristavlığı qurulur[5].
3 aprel 1920-ci ildə Türkmən qəzası Türkmən milli rayonuna çevrilir (1930-cu illərin sonlarında milli rayon statusu geri alınır).
9 sentyabr 1929-cu ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti qərarı ilə Şimali Qafqaz diyarının Stavropol dairəsinin Türkmən rayonunun Bayçaara, Kamennaya Balka və Zavetnı kəndləri Arzqirski rayonu Tersk dairəsin verilir[6].
11 yanvar 1943-cü ildə Türkmən rayonu nasist Almaniyasının qoşunlarından azad edilir[7].
2 noyabr 1956-cı ildə rayon Petrovsk, Blaqodarnenski və Arzqirski rayonlarına verilməsi ilə ləğv edildi.
Rayon 11 dekabr 1970-ci ildə yenidən qurulur.
16 Mart 2020-ci il tarixdən etibarən Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 15-kz saylı qanununa əsasən, Türkmən inzibati dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olan Türkmən Bələdiyyəsinə birləşdirildi.
Əhali
- Cins tərkibi
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 12 331 kişi (47,52 %) və 13 617 qadın (52,48 %) yaşayırdı[10].
- Milli tərkib
2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:
Milliyyət | sayları | faiz |
---|---|---|
ruslar | 16 155 | 62,26 |
türkmənlər | 5043 | 19,44 |
darginlər | 1527 | 5,88 |
tatarlar | 1425 | 5,49 |
ermənilər | 380 | 1,46 |
digərləri | 1418 | 5,46 |
Ümumi | 25 948 | 100,00 |
Yaşayış məntəqələri
Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 25 yaşayış məntəqəsini əhatə edir.
İnfrastruktur
Təhsil kompleksi 14 məktəbəqədər təhsil müəssisəsi, 16 orta məktəblə təmsil olunur.
Əhaliyə 18 mədəniyyət evi, 17 kitabxana, 2 uşaq musiqi məktəbi, 5 xalq bədii qrupu xidmət göstərir.
Türkmən rayonunda mərkəzi regional xəstəxanası, beş rayon xəstəxanası, iki tibbi ambulatoriyası, 14 feldşer və mama məntəqəsi, 18 aptek vardır.
İstinadlar
- http://docs.cntd.ru/document/461506269.
- http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- http://web.archive.org/web/20200424113056/https://www.gks.ru/storage/mediabank/Численность%20по%20МО_Site.xlsx.
- "Закон Ставропольского края от 31.01.2020 № 11-кз «О преобразовании муниципальных образований, входящих в состав Новоселицкого муниципального района Ставропольского края, и об организации местного самоуправления на территории Новоселицкого района Ставропольского края»". publication.pravo.gov.ru (rus). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
- "Хроника административно-территориальных изменений, коснувшихся Ставрополье с 1785 года по настоящее время". 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
- "Постановление ВЦИК от 09.09.1929 «Об изменениях в административном делении Северо-кавказского края»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
- "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". Официальный сайт администрации Курсавского сельсовета Андроповского района Ставропольского края. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-11.
- "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-11.
- "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
Mənbə
- "Официальный сайт администрации Туркменского муниципального района Ставропольского края".
- "Туркменский муниципальный район". Портал органов государственной власти Ставропольского края.
- "Туркменский муниципальный район". Ставропольская правда. 2020-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-11.
- "Информационный портал Туркменского района Ставропольского края".