Türkiyədə parlament seçkiləri (iyun, 2015)

Türkiyədə keçirilən seçkidir. 165 müstəqil namizəd millət vəkili adı uğrunda yarışır. Seçkilərdə əsas mübarizənin hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə CHP (Cumhuriyyət Xalq Partiyası) arasında gedəcəyi hesab edilir. Ədalət və İnkişaf Partiyası (AKP) 42,5 faiz səs toplayıb. Ötən seçkilərdən 25,94 faiz səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün keçirilən seçkilərdə 24,9 faiz səs qazanıb. 2011-ci il parlament seçkilərində 12,96 faiz səs qazanmış Milliyyətçi Hərəkat Partiyası bu seçkilərdə səs sayını artıraraq 16,9 faiz səs toplayıb. Seçkilərin sürpriz partiyası olan HDP isə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 258, CHP 133, MHP 80, HDP 80 millət vəkili mandatı qazanmış olur.

Türkiyədə parlament seçkiləri

Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb. 7 iyun parlament seçkilərində ən çox səs almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu seçkidə ikinci olmuş Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.

AKP heyətində Numan Kurtulmuş, Ömər Çelik, Cövdət Yılmaz, Ayşə Nur Bahçekapılı və Mücahit Arslan, CHP heyətində isə Haluk Koç, Faik Öztrak, Selin Sayek Böke, Akif Hamzaçebi və Rasim Bölücek təmsil olunub.

Görüş 1,5 saat davam edib. Görüşün yekunları ilə bağlı hər iki partiya rəsmi açıqlama ilə çıxış edəcək.

Ə. Davudoğlunun iyulun 14-də MHP lideri Dövlət Bağçalı, iyulun 15-də isə HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ ilə görüşlər keçirməsi nəzərdə tutulub.

İştirak edən partiyalar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.