Türkiyədə islam
Türkiyədə islam — ən çox yayılmış dindir. Türkiyədə İslamın mövcudluğu 11-ci əsrin ikinci yarısına, Səlcuqluların Şərqi Anadoluya yayılmağa başladığı vaxta təsadüf edir.[1] Optimarın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Türkiyə əhalisinin 89,5%-ni islam dininə mənsub insanlar təşkil edir. Sünnilər müsəlmanların 60%-ni təşkil etdiyi halda, ələvilərin ümumi əhaliyə nisbəti 37%-dir. Digər müsəlman icmalarının (Cəfərilər, Nusayrilər və On ikiliklər) əhaliyə nisbəti 3%-dir.[2][3][4]
Türkiyədə İslam məzhəblərinin yayılması
Anadoluda mövcud olan rəsmi İslam məzhəblərinə mənsub insanlar tərəfindən inkişaf etdirilən İslam inancında Əhməd Yəsəvi (Yesevilik), Rumi (Mövləvilik), Hacı Bektaş-ı Vəli (Bektaşizm) və məzhəb başçılarının təlimlərinə əməl edirlər. Hacı Bayram-ı Vəliyə (Bayramilik) tez-tez rast gəlinir.
Sünnilik
Türkiyənin müsəlman əhalisinin 60%-i sünni olaraq tanınır. Türkiyədəki türk və digər etnik sünnilərin əksəriyyəti Hənəfi məzhəbinə mənsubdur. Türklər arasında Şafi məzhəbinə mənsub olanlara nadir hallarda rast gəlinir.[5][6] Kürdlərin çoxu isə Şafi məzhəbindəndir, az bir hissəsi isə Hənəfi məzhəbinə tabedir. Diyanət İşləri Başçılığının 2014-cü ildə apardığı araşdırmaya görə, Malikiliyə tabe olanların nisbəti mində 3, Hənbəli məzhəbinə tabe olanların nisbəti isə mində 1-dir.[7]
Digər İslam inancları
Müsəlman əhalidə sünnilərdən sonra gələn təbəqələr ələvilər və şiələrdir. Ələvilik türk tarixində mühüm rol oynamışdır. Ələvilərə daha çox Türkiyənin Tunceli, Malatya, Sivas, Çorum, Maraş, İstanbul və digər böyük şəhərlərində rast gəlinir. Əhalinin 4%-i cəfəridir. Bu da say baxımından 3 milyon əhali edir.[8][9]
Diyanət İşləri Başçılığı
Diyanət İşləri Başçılığı 3 mart 1924-cü ildə Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanunla Türkiyə Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə bağlı işlərin görülməsi, cəmiyyətin din haqqında maarifləndirilməsi və ibadət yerlərinin idarə edilməsi Dini İşlər İdarəsi tərəfindən həyata keçirilir.[10]
Osmanlı dövrü
Türkiyə Cümhuriyyəti qurulmazdan əvvəl Osmanlı dövründə (1299-1922) İslam dini dövlət dini olaraq müəyyən edilmişdir. Bu vəziyyət respublikada 1928-ci ilə qədər davam etdi.[11]
Türkiyədəki məscidlər
- Səlimiyə Məscidi, Ədirnə.
- İstanbuldakı Şakirin Məscidi
- Kocatepe Məscidi, Ankara.
- Sultan Əhməd Məscidinin interyeri, İstanbul, 1616-cı ildə tikilmişdir.
- Sabancı Merkez Camii, Adana, 1998-ci ildə tikilmişdir, tikildiyi zaman Türkiyənin ən böyük məscidi olmuşdur.
Türkiyə Respublikası Diyanət İşləri Başçılığının 2016-cı il statistik məlumatlarına görə, Türkiyədə 89 min 445 məscid var. Təkcə İstanbulda 3530 məscid və 120 türbə var. Türkiyənin ən məşhur məscidlərindən biri də Göy Məsciddir.
Müqəddəs günlər
- Ramazan
- Ramazan Bayramı
- Qurban Bayramı
- Qədr Gecəsi
- Mövlud-i Şərif
- Regaip Kandili
- Miraç Kandili
- Berat Kandili
- 14 Günahsız Pak
- Aşura günü
- Məhərrəm Orucu
İstinadlar
- Aktas, Vahap. "Islamization of Anatolia and the Effects of Established Sufism (Orders)". The Anthropologist. 17 (1). 2014-01-01: 147–155. doi:10.1080/09720073.2014.11891424. ISSN 0972-0073. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2020.
- "TURKEY" (PDF). Library of Congress: Federal Research Division. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2010.
- "Turkey: International Religious Freedom Report 2007". U.S. Department of State. 4 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2016.
- "Shi'a". 10 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 August 2009.
- McLean, George F. Normative Ethics and Objective Reason (ingilis). CRVP. 1996. ISBN 978-1-56518-022-2. 24 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
- "Salafism Infiltrates Turkish Religious Discourse". Middle East Institute (ingilis). 11 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
- Sözeri, Semiha; Öztürk, Ahmet Erdi. "Diyanet as a Turkish Foreign Policy Tool: Evidence from the Netherlands and Bulgaria" (PDF). Politics and Religion (ingilis). 11 (3). September 2018: 624–648. doi:10.1017/S175504831700075X. ISSN 1755-0483. 6 May 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2020.
- "Religions". CIA World Factbook. 20 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 July 2016.
- "Mapping the Global Muslim Population". Pew Research Center. 7 October 2009. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2016.
- Ahmet Erdi Öztürk. "Turkey's Diyanet under AKP rule: from protector to imposer of state ideology?" (PDF). Southeast European and Black Sea Studies. 16 (4). 2016: 619–635. doi:10.1080/14683857.2016.1233663. 6 May 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2020.
- Gregorian, Vartan. Islam: A Mosaic, Not a Monolith, Brookings Institution Press, 2003, pp. 26–38 ISBN 0-8157-3283-X