Türkiyə Respublikası Dövlət Şərəf medalı
Türkiyə Respublikası Dövlət Şərəf medalı — Nazirlər Şurasının təklifi və təsdiqi, Prezidentin sərəncamı ilə verilən qızıl örtüklü medal.
Türkiyə Respublikası Dövlət Şərəf medalı | |
---|---|
|
|
Ölkə | Türkiyə |
Tip | medal |
Kimə verilir | Türkiyə Respublikasının inkişafı, ölkə və millətin bölünməz bütövlüyü, cəmiyyətin sülh, birlik və həmrəyliyi üçün daxildə və ya xaricdə müstəsna fədakarlıq, müvəffəqiyyət və faydalılıq göstərən Türk və xarici vətəndaşlara verilir. |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 7 avqust, 1988 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 9 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | yoxdur |
Dövlət Şərəf medalı Türkiyə Respublikasının ən yüksək mülki medalıdır.
Medal necə verilir
Türkiyə Respublikasının inkişafı, ölkə və millətin bölünməz bütövlüyü, cəmiyyətin sülh, birlik və həmrəyliyi üçün daxildə və ya xaricdə müstəsna fədakarlıq, müvəffəqiyyət və faydalılıq göstərən türk və xarici şəxslərə verilən metal və qızıl örtüklü medaldır. Bu medal Nazirlər Şurasının təklifi və Prezidentin sərəncamı ilə verilir.[1]
Dövlət Şərəf medalı ilk olaraq 28 Fevral dövrünün Baş Qərargah rəisi general İsmayıl Haqqı Karadayıya verilib. 28 avqust 1998-ci ildə keçirilən mərasimdə dövrün 9-cu prezidenti Süleyman Dəmirəl medalı Karadayıya təqdim etdi. Dövlət “Şərəf” medalını alan ikinci şəxs isə 9-cu prezident Süleyman Dəmirəl olub. Süleyman Dəmirəlin medalı prezidentlikdən getdikdən bir ay sonra, 16 iyun 2000-ci ildə keçirilən mərasimdə onun varisi prezident Əhməd Necdət Sezər tərəfindən təqdim edilib. Dəmirəl medalı 2002-ci ildə Bülənd Ecevit hökumətinin təklifi ilə prezident Sezərin təklifi ilə alıb. Karadayıdan sonra medal səlahiyyət müddəti başa çatan general Hüseyn Kıvrıqoğluna verilib. General Hilmi Özkök Dövlət Şərəf medalı ilə təltif edilən Baş Qərargah rəisi olub.[2]
Medalın forması
- Ellips formalıdır.
- Çapı 45 mm-dir.
- Üzəri qızıl örtüklüdür.
- Kompozisiyanın üzü qabarıq, digər üzü isə uyğun motivli və simvolludur. T.C. Dövlət Şərəf medalı yazısı ilə dəyərləndirilir.
- Medal çap texnikasına uyğun olaraq relyef (batmış-çıxıntılı) şəklində, maksimum qalınlığı (2,5 mm) olmaqla tərtib edilmişdir.
- Ay-ulduz motivi və T.C. hərfləri vardır.
Medalın döş nişanının forması
- Onun forması düzbucaqlı və ölçüsü 1,2,3 sm-dir.
- Qızılla örtülmüş kimi hazırlanır və tərkibində T.C. hərfləri vardır. (Emada qırmızı və ağ rənglərdən istifadə olunur.)[3]
Medalın verilmə mərasimi
Qanuna görə, medal və ordenlər hüququnu alan şəxsə, vəsiqə və döş nişanı Prezident və ya Prezidentin təyin etdiyi şəxs tərəfindən təşkil edilən mərasimdə verilir. Bu mükafatı qazanan həyatda yoxdursa mükafat onun anasına, əgər anası da yoxdursa, həyat yoldaşına verilir.[2]
Medalla təltif olunan şəxslər
Sıra | Ölkə | Ad | Vəzifə | Tarix | Mükafatlandıran | Mənbə |
---|---|---|---|---|---|---|
1 | Türkiyə | İsmayıl Haqqı Karadayı | Türkiyə Silahlı Qüvvələrinin 22-ci Baş Qərargah rəisi | 28 avqust, 1998 | Süleyman Dəmirəl | [4][5] |
2 | Süleyman Dəmirəl | Türkiyə Cümhuriyyətinin 9-cu PrezidentiTürkiye Cumhuriyeti | 16 iyun, 2000 | Əhməd Necdət Sezər | [6] | |
3 | Hüseyn Kıvrıqoğlu | Türkiyə Silahlı Qüvvələrinin 23-cü Baş Qərargah rəisi | 28 avqust, 2002 | [7] | ||
4 | Şimali Kipr Türk Respublikası | Rauf Denktaş | Şimali Kipr Türk Respublikasının 1-ci prezidenti | 6 iyul, 2005 | [8][9] | |
5 | Türkiyə | Hilmi Özkök | Türkiyə Silahlı Qüvvələrinin 24-cü Baş Qərargah rəisi | 28 avqust, 2006 | [10] | |
6 | Yaşar Böyükanıt | Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi | 28 avqust, 2008 | Abdullah Gül | [11] | |
7 | Abdullah Gül | Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti | 28 avqust, 2014 | Recep Tayyip Erdoğan | [12] | |
8 | Necdət Özəl | Türkiyə Silahlı Qüvvələrinin 28-ci Baş Qərargah rəisi | 11 avqust, 2015 | [5][13] | ||
9 | Binəli Yıldırım | Türkiyə Silahlı Qüvvələrinin 27-ci Baş Qərargah rəisi | 13 iyul, 2018 | [14] |
İstinadlar
- "MADALYA VE NİŞANLAR KANUNU". (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Devlet şeref madalyasını kimler aldı?". zaman.com.tr.
- "DEVLET MADALYA VE NİŞANLARI YÖNETMELİĞİ". (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "İsmail Hakkı KARADAYI / Orgeneral - Top.1951 - 67". Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Necdet Özel'e Devlet Şeref Madalyası". 7 Ağustos 2015. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Demirel'e Devlet Şeref Madalyası". 16 Haziran 2000. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- "Hüseyin KIVRIKOĞLU / Orgeneral - Top.1955 - 3". Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Kuzey Kıbrıs Türk Cumhuriyeti Birinci Cumhurbaşkanı Rauf R. Denktaş'a "Devlet Şeref Madalyası" verilmesi nedeniyle düzenlenen tören". Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı. 6 Temmuz 2005. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Denktaş'a TC Devlet Şeref madalyası".
- "Hilmi ÖZKÖK / Orgeneral - Top. 1959 - 1". Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Genelkurmay Başkanı Orgeneral M. Yaşar BÜYÜKANIT'a Devlet Şeref Madalyası Verilmesi Hakkında Tebliğ". T.C. Resmî Gazete. 27 Ağustos 2008. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Erdoğan'dan Gül'e büyük jest". 28 Ağustos 2014. 2014-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- ""Terörle Mücadele, Demokrasinin ve Hukukun En Başta Gelen Şartıdır"". Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı]]. 11 Ağustos 2015. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- "Binali Yıldırım'a Devlet Şeref Madalyası Verildi". CNN Türk. 13 Temmuz 2018. 2018-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
Xarici keçidlər
- Medallar və Nişanlar Qanunu (türk.) Arxivləşdirilib 2013-02-25 at the Wayback Machine