Türkiyə Qran-prisi

Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir.

"İstanbul Park" trası

Ümumi məlumat

"İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur.

Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir.

Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.

Qaliblər

Pilotlar

Qələbə sayı Pilot İl
3 Braziliya Felipe Massa 2006, 2007, 2008
2 Böyük Britaniya Lyuis Hemilton 2010, 2020
1 Böyük Britaniya Censon Batton 2009
Almaniya Sebastyan Fettel 2011
Finlandiya Kimi Raykkönen 2005
Finlandiya Valtteri Bottas 2021

İstinadlar

Həmçinin bax

"Formula-1" Qran-pri siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.