Türkiyə Ordusu Aviasiya Komandanlığı
Türkiyə Ordusu Aviasiya Komandanlığı 1948-ci ildə artilleriya məktəbi daxilində artilleriya aviasiyası adı altında qurulmuşdur. 1957-ci ildə artilleriya məktəbindən çıxarıldı və ordu aviasiyası adını aldı. 1968-ci ildən bəri, Türk Hava Qüvvələri inventarından alınan dönər qanadlı təyyarələr bölməyə qatılmışdır. 1974-cü ildə Kipr Əməliyyatı zamanı 2 Komando Briqadasını regiona daşımışdır. Missiyası quru qoşunlarına hava dəstəyi vermək və kəşfiyyat yolu ilə döyüşə dəstək olmaqdır. Alay komandiri polkovnik Özcan Bicanşendir. Türk ordusuna zabit və xırda zabit yetişdirən İspartadakı Türkiyə Ordu Aviasiya Məktəbinin inzibati mərkəzidir .
Türkiyə Ordusu Aviasiya Komandanlığı | |
---|---|
Kara Havacılık Komutanlığı | |
Növü | Hərbi hava qüvvələri |
Ölkə | Türkiyə |
Tabedir | Türkiyə Silahlı Qüvvələri |
Daxildir | Türkiyə Quru Qoşunları |
Vəzifəsi | quru qoşunlarına hava dəstəyi vermək və kəşfiyyat yolu ilə döyüşə dəstək olmaq |
Hissə | Diviziya |
Qərargah | Ankara |
Şüarı | Effektiv, çəkindirici, şərəfli (tr: Etkin. Caydırıcı. Saygın.) |
Rəngləri | Üniforma: Hâki |
Marşı | Ordu Aviasiyası Marşı |
Tilsimi | İkibaşlı qartal |
Müharibələr |
Kipr Sülh Hərəkatı Zeytun budağı əməliyyatı PKK-Türkiyə müharibəsi |
Fərqlənmə nişanları |
|
Komandanlıq | |
Komandir | Briqadir Oğuz Baykal |
Tarixi
1968-ci ildən bəri, Türk Hava Qüvvələri inventarından götürülmüş dönər qanadlı təyyarələr birliyə qatıldı. Missiyası Türk quru qoşunlarına hava dəstəyi vermək və nəqliyyat kəşfiyyatı edərək döyüşə dəstək olmaqdır.
15 İyul 2016-cı il çevriliş cəhdində bir qrup əsgər Briqadir rütbəsində Ordu Aviasiya Məktəbinin komandanı vəzifəsini yerinə yetirən Ünsal Coşkunun rəhbərliyi altında çevriliş cəhdi etdi. Keçmiş briqadir Coşkun özünü Aviasiya Komandiri elan etdi və çevrilişdə istifadə olunan bəzi helikopterləri Akıncı Hava Bazasına gedənə kimi idarə etdi.[1]
Komandirləri
- General-mayor Salih Ulusoy (2008-2012)
- General-mayor Hamza Koçyiğit (2012-2015)
- General-mayor Hakan Atınç (2015-2016)
- İdris Feyzi Okan (2016-2017) (işdən azad edildi, həmçinin bax: 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd)
- Briqadir Osman Dirmencioğlu (2017-2019)
Bölmələri
- 1-ci Ordu Aviasiya Alayı (Güvercinlik Hava Bazası)
- 2-ci Ordu Aviasiya Alayı (Erhaç Hava limanı, Malatya)
- 3-cü Ordu Aviasiya Alayı (Gaziemir Hava Bazası, İzmir)
- 4-cü Ordu Aviasiya Alayı (Samandira Hava Bazası, İstanbul)
- 7-ci Quru Hava Qrup Komandirliyi (Diyarbakır Hava Bazası)
Qaleriya
- Ordu Aviasiyası birliklərində istifadə edilən T-129 ATAK hücum helikopteri
- Ordu Aviasiyası birliklərində istifadə edilən Boeing CH-47 Chinook nəqliyyat helikopteri
- Ordu Aviasiyası birliklərində istifadə edilən Sikorski UH-60 çoxməqsədli helikopter
İstinadlar
- "Ölüm yağdıran helikopterlerin komutanına 29 kez ağırlaştırılmış müebbet" (Turkish). Anadolu Agency. 2019-11-23. 2020-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
- "Arxivlənmiş surət". 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.