Türkiyə Hərbi Dəniz Qüvvələri

Türk Dəniz Qüvvələri (türk. Türk Deniz Kuvvetleri) — Türkiyəni dənizdən ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla cavabdehdir. Türkiyə Silahlı Qüvvələrinin tabeçiliyi altında olan 3-cü ən böyük qüvvədir. Komandanı vitse-admiral Adnan Özbaldır.[4] Yaranma tarixi ilk türk dənizçisi hesab edilən Çaka bəyin İzmirdə qurduğu donanmanın quruluş tarixi olan 1081-ci il qəbul edilmişdir.

Türkiyə Hərbi Dəniz Qüvvələri
Türk Deniz Kuvvetleri
Növü Hərbi Dəniz Qüvvələri
Yaranma tarixi 1081[1]
10 iyul 1920 (Dəniz İşləri Müdirliyi)
1928 (Dəniz müstəşarlığı)
15 avqust 1949 (HDQ)[2]
Ölkə Türkiyə Türkiyə
Tabedir Türkiyə Silahlı Qüvvələri
Daxildir Türkiyə Silahlı Qüvvələri
Sayı 48,600 nəfər[3]
Qərargah Ankara, Türkiyə
Şüarı Təsirli, çəkindirici, hörmətli.
Rəngləri Qırmızı
Marşı Dəniz Qüvvələri Marşı
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Vitse-admiral Adnan Özbal
dzkk.tsk.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Türk dəniz piyadaları
Türk Dəniz Komandirliyi

Vəzifələri

Dəniz Qüvvələri Komandanlığı

Ölkənin dənizdən gələ biləcək təhdidlərə qarşı müdafiə olunması və ölkəyə məxsus ərazi sularına nəzarət etmək.

Donanma Komandanlığı

Döyüşə hazır vəziyyətdə olan dəniz və dəniz aviasiyası qüvvələrini idarə etmək və bu qüvvələrin ən təsirli şəkildə istifadə olunmasını təmin etmək.

Şimal dəniz sahə Komandanlığı

Türkiyənin Qara dəniz sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.

Cənub dəniz sahə Komandanlığı

Türkiyənin Aralıq dənizi sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.

Dəniz Təhsil və Təlim Komandanlığı

Fərdi təhsil və təlim fəaliyyətlərini Hərbi Dəniz Qüvvələrinin vəzifə ehtiyacına uyğun olaraq aparmaq, Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan və gələcəkdə silahlanmaya daxil ediləcək olan silah, sistem və cihazları ən yaxşı şəkildə istifadə edə biləcək, inkişaf edən və dəyişən texnologiyaya qısa zaman ərzində uyğunlaşa biləcək infrastruktura sahib, Atatürkün inqilab və prinsiplərinə bağlı, məlumatlı, bacarıqlı və dənizçilik şüuru yüksək səviyyədə olan şəxsi heyət yetişdirmək.

Rütbələr

NATO KoduOF-10OF-9OF-8OF-7OF-6OF-5OF-4OF-3OF-2OF-1OF-1c
Türkiyə
Büyükamiral Oramiral Koramiral Tümamiral Tuğamiral Albay Yarbay Binbaşı Yüzbaşı Üsteğmen
OF-1a
Teğmen
OF-1b
Asteğmen
NATO KoduOR-9OR-8OR-7OR-6OR-5OR-4OR-3OR-2OR-1
Türkiyə
Astsubay kıdemli
başçavuş
Astsubay Başçavuş Astsubay Kıdemli
Üstçavuş
Astsubay üstçavuş Astsubay Kıdemli
Çavuş
Astsubay Çavuş Astsubay
Astçavuş
Kıdemli Uzman
Çavuş
Uzman
Çavuş
Çavuş Kıdemli Uzman
Onbaşı
Uzman
Onbaşı
Onbaşı Er

Həmçinin bax

İstinadlar

  1. History of Turkish Naval Forces Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine (Official Turkish Naval Forces website)
  2. 1949 Temmuzunda Türk Silâhlı Kuvvetleri yeniden örgütlendirilerek, Genelkurmay Başkanlığına bağlı Kara, Deniz, Hava Kuvvetleri kuruldu., Genelkurmay Başkanlığı, Türk Tarihi, Silahlı Kuvvetleri ve Atatürkçülük, Genelkurmay Başkanlığı, 1973, p. 65. Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine  (türk.)
  3. Library of Congress - Federal Research Division, Country ProFayl: Turkey (PDF), Avqust 2008, 25–26, 2014-07-12 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2017-08-25
  4. "Arxivlənmiş surət". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.