Türkiyə Elmlər Akademiyası
Türkiyə Elmlər Akademiyası (türk. Türkiye Bilimler Akademisi — TÜBA) — Türkiyədə elmi fəaliyyətə dəstək verən muxtar elmi cəmiyyət. Akademiya rəsmi şəkildə Türkiyə Baş Naziri ofisinə tabedir və əsasən dövlət büdcəsindən maliyyələşir. Ancaq fəaliyyətində inzibati və maliyyə müstəqilliyinə malikdir.
Akademiya 1993-cü ilin sentyabrında təsis edilib. Mərkəzi idarəsi Ankarada yerləşir, prezidenti — doktor Yusel Kanpolatdır. 2010-cu ilin məlumatına görə akademiyanın 135 üzvü vardır (19 qadın və 116 kişi). Onlardan 83-ü həqiqi, 37-i fəxri və 15-i assosasiyalı üzvdür. TEA-nın 79 akademiki texniki elmləri, 32 akademik tibbi elmləri, 24 akademik humantar sahəni təmsil edirlər.
Akademiyanın əsas vəzifəsi elmi adları vermək, elmi tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirmək, elm sahəsi üzrə qanunvericiliyi tədqiq etmək və müvafiq təklifləri verməkdir. Həmçinin onun əsas vəzifələri sırasına gənc alimləri dəstəkləmək və Türkiyənin ali məktəbləri üçün dərsliklərin hazırlanması da aiddir.
Bilavasitə elmi tədqiqatların təşkili və aparılması ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) məşğul olur.