Türkiyə 3-cü Liqası
TFF 3. Liqa Türkiyənin peşəkar liqaları arasındadır 4. səviyyə və ən aşağı liqadır. 1967-ci ildə başlayan 3-cü Liqa 1980–1984-cü illərdə ləğv edildi. 2001-ci ilə qədər 3-cü pillə kimi qalan liqa, elə həmin il 2. Liqanın yaradılması ilə, 4-cü pillə oldu.
Ölkə | Türkiyə |
---|---|
Konfederasiya | UEFA |
Komandaların sayı | 53 (Ümumilikdə 3 qrup) |
Liqalar sistemində səviyyə | 4 |
Yuxarı liqa | Türkiyə 2-ci Liqası |
Aşağı liqa | Regional Həvəskarlar Liqası |
Digər kubok(lar) | Türkiyə Kuboku |
Beynəlxalq kubok(lar) | UEFA Avropa Liqası (Türkiyə Kuboku) vasitəsilə |
Son çempion |
1. Qrup: Batman Petrolspor 2. Qrup: Düzcespor 3. Qrup: Esenler Erokspor (2021–2022) |
TV partnyoru | Fuchs Sports Türkiyə |
Veb səhifəsi | TFF resmî site |
Vəziyyəti (2022–23)
TFF 3-cü Liqa cüt dövrəli liqa üsulu ilə 3 qrupda, 18 komanda ilə 2 qrup və 17 komanda ilə 1 qrupda oynanılır. TFF 3-cü Liqasında cüt dövrəli liqa yarışmalarının sonunda liqanı 16, 17 və 18-ci yerlərdə bitirən komandalar və 18 komandalı qruplarda 18-ci yerləri tutan komandalardan ibarət cəmi 9 komanda iştirak edir. Liqanı 15, 16 və 17-ci sıralarda tamamlayan 17 komanda, Regional Həvəskarlar Liqasına düşür.
TFF 3-cü Liqada iki dövrəli liqa yarışlarının sonunda qruplarında 1-ci yeri tutan komandalar TFF 2-ci Liqaya yüksəlir. Bu yarışların sonunda qruplarında 2-ci, 3-cü, 4-cü və 5-ci yerləri tutan komandalar TFF 2-ci Liqaya yüksələcək son 3 komandanın müəyyənləşəcəyi Play-Off matçlarına çıxır.