Türkiyə–Ukrayna münasibətləri

Türkiyə–Ukrayna münasibətləriUkrayna Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər.

Türkiyə–Ukrayna münasibətləri
Türkiyə və Ukrayna
 Türkiyə  Ukrayna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Çağdaş münasibətlər

2010-cu il yanvar ayının sonunda Ukrayna Prezidenti Viktor Yuşşenko və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2011-ci ildə iki ölkə arasında sərbəst ticarət zonası yaratmağı qərara alır.

25 yanvar 2011-ci ildə iki ölkənin prezidentləri yenidən Kiyevdə görüşür. İkitərəfli münasibətlərin perspektivləri və Ukraynanın Avropa İttifaqına yaxınlaşması müzakirə edilir[1].

13 sentyabr 2012-ci ildə Türkiyə Prezidenti Kiyevə bir daha səfər edir. Danışıqlar qapalı qapılar arxasında aparılır[2].

Ukraynadakı inqilabdan və hakimiyyət dəyişikliyindən sonra 5 sentyabr 2014-cü ildə Ərdoğan Ukraynanın yeni prezidenti Petro Poroşenko ilə görüşür. Türkiyə tərəfi Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirir. Türk hava yollarının Krıma uçması qadağan olunduğu da elan edilir[3].

2015-ci ilin mart ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko ilə 3 saatlıq görüş keçirir. Bu görüşdə Poroşenkoya görə, Türkiyəyə Kiyevə borc verməyi, habelə Ukraynanın Antonov zavodunda yeni sərnişin təyyarəsi qərara alır[4]. Türkiyə Prezidenti Ukraynanın Donbasdakı BMT-nin sülhməramlı missiyasını tələb etməsi halında Ukraynanı dəstəkləməyə hazır olduğunu bildirir[5]. Ərdoğan ayrıca Ukraynaya 50 milyon dollar borc və 10 milyon dollar müqabilində humanitar yardım vəd edir[6].

Həmin il 26 mart tarixində Türkiyə nümayəndə heyəti Rusiyanın nəzarətində olan Krımı ziyarət edir. Türk məmurlarının bu cür hərəkətləri, qaz tankerlərinin Bosfor boğazından keçməsinə icazə verilməməsi ilə birlikdə Ukrayna tərəfində narahatlıq yaradır.

10 avqust 2019-cu il tarixində Ukraynanın “Ukrspetsexport” dövlət şirkəti və Türkiyənin “Baykar Defence”' şirkətinin iştirakı ilə yüksək dəqiqlikli silahlar, raket və kosmik texnologiyalar sahəsində ortaq bir müəssisə qurulduuğu elan edilir. Bu silahların ardıcıl, birgə istehsalı üçün səyləri birləşdirmək məqsədi ilə qurulduğu qeyd edilir.

Beynəlxalq təşkilatlarda əməkdaşlıq

Hər iki ölkə BLACKSEAFOR və QDİƏT-nın üzvləridir. Ukrayna Türkiyənin tam hüquqlu üzvü olduğu NATO-ya namizəddir.

Ticarət və iqtisadi əməkdaşlıq

2000-ci illərdə Ukrayna türk malları üçün əhəmiyyətli bir bazar olur. 2001-2011-ci illərdə türklərin Ukraynaya illik ixracatı 289 milyon dollardan 1730 milyon dollara yüksəlir[7]. Eyni zamanda Ukraynanın Türkiyəyə ixracatının illik dəyəri 758 milyon dollardan 4812 milyon dollara qalxır[8].

Diplomatik nümayəndəliklər

Ukrayna

Ukraynanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var[9]. Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri - Andrey İvanoviç Sibiqa.

Ukrayna Prezidenti Petro Poroşenko 18 iyun 2016-cı il tarixində Türkiyədəki fövqəladə və səlahiyyətli səfir Sergey Korsunskini istefaya göndərmişdir[10].

Türkiyə

Türkiyənin Kiyevdə səfirliyi[11]Odessada baş konsulluğu var[12].

İstinadlar

  1. Янукович и Эрдоган открыли новую эру отношений Украины и Турции Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine, 25 yanvar 2011
  2. Янукович и Эрдоган проводят встречу в формате «с глазу на глаз» Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine — УНИАН, 13 sentyabr 2012
  3. Ərdoğan: türkiyənin avia şirkətləri Krıma uçmayacaq Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine — Exo-Azərbaycan, 5 sentyabr 2014
  4. Krım Türkiyə nümayəndə heyətini qəbul etdi Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine — Baxış, 25 mart 2015
  5. Порошенко: Турция поддерживает Украину в вопросе миротворцев ООН Arxivləşdirilib 2015-09-25 at the Wayback MachineРИА-Новости, 20 mart 2015
  6. Сложные украино-турецкие отношения ("Star gazete", Турция) Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine, 26 марта 2015
  7. Калугин П. Е. Современное стратегическое сотрудничество Российской Федерации с Турцией в сфере энергетики. Диссертация на соискание ученой степени кандидата исторических наук. Иркутск, 2014. — С. 167. Режим доступа: http://isu.ru/ru/science/boards/dissert/dissert.html?id=5 Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine
  8. Калугин П. Е. Современное стратегическое сотрудничество Российской Федерации с Турцией в сфере энергетики. Диссертация на соискание ученой степени кандидата исторических наук. Иркутск, 2014. — С. 168. Режим доступа: http://isu.ru/ru/science/boards/dissert/dissert.html?id=5 Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine
  9. Посольство Украины в Турецкой республике — Контактная информация Arxivləşdirilib 2020-11-25 at the Wayback Machine  (ukr.)
  10. "УКАЗ ПРЕЗИДЕНТА УКРАЇНИ №267/2016 "Про звільнення С.Корсунського з посади Надзвичайного і Повноважного Посла України в Турецькій Республіці"". president.gov.ua. 2016-06-18. 2016-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
  11. türkiyənin Kiyevdəki səfirliyi — əlaqə Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine  (ukr.)
  12. Türkiyənin Odessadakı Baş Konsulluğu - əlaqə Arxivləşdirilib 2016-12-01 at the Wayback Machine  (türk.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.