Ermənistan–Türkiyə sərhədi

Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — TürkiyəErmənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır[1].

Ermənistan–Türkiyə sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 311 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsvir

Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır.

Tarix

Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır[2]. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır.

1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır[3][4]. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. 4 iyun 1918-ci ildə Batum konfransı sonrası Batum müqaviləsi imzalanır. Bununlada 1878-ci ilə qədər mövcud olan sərhədlər tanınır[5][6]. Ermənistandakı Osmanlı fəthləri nəhayət 1920-ci ildə Gümrü müqaviləsinin imzalanması ilə bitir.

Birinci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyətindən sonra Antanta ölkələri və müttəfiqləri onu 1920-ci ildə Sevr müqaviləsinə əsasən bölməyi planlaşdırır[7]. Müqavilə Gürcüstanın və Ermənistanın müstəqilliyini tanıyaraq, Türkiyənin şərqindəki hər iki geniş ərazini bu ölkəyə verməyi nəzərdə tuturdu (Bu ərazilər ABŞ Prezidenti Vudro Vilsonun adından "Vilson Ermənistanı" adlandırıldı) və Ermənistanla Gürcüstan arasındakı sərhədin genişləndirilməsi məsələsinə isə daha sonra qərar verilməsi nəzərdə tutulurdu. Türkiyə İstiqlaliyyət müharibəsinin başlamasına kömək edən bu müqavilədən Türk millətçiləri hiddətlənir. Türkiyənin bu qarşıdurmada qazandığı uğur, Sevr müqaviləsinin müddəalarını reallaşmaz hala gətirir. 1920-ci ildə Sovet ordusu, hər iki ölkənin müstəqilliyinə son qoyaraq Azərbaycan və Ermənistanı işğal edir və daha sonra 1921-ci ilin fevral-mart aylarında Gürcüstan ərazisinə daxil olur. Rusiya və Türkiyə 1921-ci ilin martında Sovet-Osmanlı sərhədində dəyişikliklər edilməsini nəzərdə tutan Moskva müqaviləsini imzalayır[8][9]. Ancaq yerdə döyüşlər hələ davam edir və danışıqlar dalana dirənir. Bu müqavilənin müddəaları sonradan, eyni ilin oktyabr ayında Qars müqaviləsi ilə təsdiqlənir və nəticədə indiki Türkiyə–Ermənistan sərhədi müəyyən olunur. Sonra sərhəd 1925-ci ilin martından 1926-cı ilin iyuluna qədər Sovet-Türk ortaq komissiyası tərəfindən yerdə təyin olunur. Türkiyənin müstəqilliyi 1923 Lozanna müqaviləsi ilə tanınır. 1922-ci ildə Cənubi Qafqazın üç keçmiş dövləti SSRİ-nin tərkibində olan Zaqafqaziya SFSR-yə birləşdirilir. 1936-cı ildə yenidən bölünmədən əvvəl Sovet hakimiyyət orqanlarının, xüsusən 1945-ci ildə onu dəyişdirmək barədə vaxtaşırı iddialarına baxmayaraq[10][11], Qars müqaviləsi ilə qurulan sərhəd qorunub saxlanılır. ABŞ tərəfindən dəstəklənən Türkiyə bu iddiaları müzakirə etməkdən imtina edir və cənub qonşusu ilə münasibətlərini yaxşılaşdırmaq istəyən SSRİ, tezliklə iddialarından imtina edir[12]. 1991-ci ildə SSRİ-nin dağılması ilə Ermənistan müstəqillik qazanır. Ermənistan Türk-Sovet sərhədindəki hissəsini miras alır. Türkiyə Ermənistanın müstəqilliyini tanımasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər dərhal kəskinləşmiş və sərhəd bağlanmışdır. Türkiyə Birləşmiş Ermənistana dəstək verən erməni millətçilərinin Türkiyənin şərqindəki irredentist iddialarına, eləcə də Ermənistanın Qondarma Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq səylərinə qarşı çıxır. Türkiyə Dağlıq Qarabağ müharibəsində yaxın müttəfiqi Azərbaycanı dəstəkləyir[13]. Münasibətlər 2000-ci illərin on illərində bir az yumşalmış və nəticədə sərhədin yenidən açıla biləcəyini nəzərdə tutulan Sürix Protokollarının 2009-cu ildə imzalanması ilə nəticələnmişdir. Ancaq danışıqlar durduruldu və sərhəd qapalı olaraq qaldı[14][15].


İstinadlar

  1. CIA World Factbook - Turkey, 27 May 2016 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 6 April 2020
  2. The boundary between Turkey and the USSR (PDF), январь 1952, 2020-04-10 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 22 октября 2020
  3. Richard Hovannisian, The Armenian people from ancient to modern times, 292–293, ISBN 978-0-333-61974-2, OCLC 312951712
  4. Ezel Kural Shaw, Reform, revolution and republic : the rise of modern Turkey (1808-1975), History of the Ottoman Empire and Modern Turkey, 2, Cambridge University Press, 1977, səh. 326, OCLC 78646544
  5. Charlotte Mathilde Louise Hille, State Building and Conflict Resolution in the Caucasus, BRILL, 2010, səh. 71, ISBN 978-9-004-17901-1
  6. Alexander Mikaberidze, Conflict and Conquest in the Islamic World, ABC-CLIO, 2011, səh. 201, ISBN 978-1-598-84337-8
  7. Helmreich, Paul C. From Paris to Sèvres: The Partition of the Ottoman Empire at the Peace Conference of 1919–1920. Columbus, Ohio: Ohio State University Press. 1974.
  8. Tsutsiev, Arthur. Atlas of the Ethno-Political History of the Caucasus. Nora Seligman Favorov tərəfindən tərcümə olunub. New Haven: Yale University Press. 2014. səh. 79. ISBN 978-0300153088.
  9. King, Charles. The Ghost of Freedom: A History of the Caucasus. Oxford: Oxford University Press. 2008. səh. 189. ISBN 978-0195177756.
  10. Khrushchev, Nikita S. Sergei Khrushchev (redaktor ). Memoirs of Nikita Khrushchev: Reformer, 1945-1964. George Shriver tərəfindən tərcümə olunub. University Park, PA: Penn State University Press. 2006. səh. 426. ISBN 978-0271058597.
  11. Suny, Ronald Grigor. Looking toward Ararat. Bloomington: Indiana University Press. 1993. 165–169. ISBN 978-0253207739.
  12. Ro'i, Yaacov. From Encroachment to Involvement: A Documentary Study of Soviet Policy in the Middle East, 1945-1973. Transaction Publisher. 1974. 106–107.
  13. William M. Hale. Turkish Foreign Policy, 1774–2000, Routledge, 2000, ISBN 0-7146-5071-4, p. 273
  14. Gerard J. Libaridian. Modern Armenia: People, Nation, State, Transaction Publishers, 2004, ISBN 0-7658-0205-8, p. 245
  15. "The Ties That Divide". Economist. Global Heritage Fund. 2006-06-15. April 5, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.