ABŞ–Türkiyə münasibətləri
Türkiyə–ABŞ münasibətləri — ABŞ və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər.
Türkiyə–ABŞ münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Türkiyənin ABŞ-dəki səfirliyi | |||||
Səfir | Jeff Flake | ||||
Ünvan | Ankara, Atatürk bulvari, 110 Kavaklıdere | ||||
ABŞ-in Türkiyədəki səfirliyi | |||||
Səfir | Hasan Murat Mercan | ||||
Ünvan | Vaşinqton, Massaçusets pr. 2525 | ||||
Digər | |||||
Quruluş tarixi | 1927 | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
1831-ci ildə Amerika Birləşmiş Ştatları Osmanlı İmperiyası ilə diplomatik əlaqələr qurur. Birinci Dünya müharibəsi bitdikdən sonra, ABŞ 1927-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr qurur. 12 iyul 1947-ci ildə ABŞ-nin Truman Doktrini çərçivəsində Türkiyəyə yardım göstərmə siyasətinin məntiqi davamı olan, Sovet İttifaqının təhdidlərinə qarşı durmağa kömək etmək üçün hazırlanmış İqtisadi və Texniki Əməkdaşlıq Sazişi imzalanır. Sovetlərin genişlənməməsini ehtiva edən ortaq maraq, ABŞ və Türkiyə arasında yaxın qırx il ərzində möhkəm münasibətlərin təməlini qoyur. Türkiyə Soyuq müharibədə ABŞ-nin tərəfini tutur: 1950-ci ildə Koreya müharibəsində iştirak etmək üçün hərbi hissələrini göndərir (1950-1953), 1952-ci ildə NATO-ya qatıldı, 1955-ci ildə Mərkəzi Müqavilə Təşkilatının təşkilatçılarından biri olur və eyni zamanda 1957-ci ildə Eyzenhauer doktrinasının əsaslarını təsdiqləyir. 1950-1960-cı illərdə Türkiyə Sovet İttifaqı siyasətini dəstəkləyən Misir, İraq və Suriyanın təsirini zəyiflətmək üçün Yaxın Şərqdəki digər Amerika müttəfiqləri ilə (İran, İsrail və İordaniya) çalışır.
Ancaq zaman zaman ABŞ və Türkiyə arasında münaqişə vəziyyətləri və anlaşılmazlıqlar meydana gəlir. 1974-cü ildə münasibətlərinin ən çətin dövrü Şimali Kiprə Türkiyə qoşun çıxartdıqdan sonra başlayır. Türkiyənin Kiprdəki qarşıdurmaya müdaxiləsinə cavab olaraq, ABŞ bu ölkəyə silah tədarükünü dayandırır. Ankara ABŞ silahlı qüvvələrinin öz ərazilərində NATO missiyaları ilə əlaqəli olmayan fəaliyyətlər etmələrini də qadağan edir. Kipr problemi bir neçə il ABŞ–Türkiyə münasibətlərini korlamağa davam edir. ABŞ Konqresi 1978-ci ildə Türkiyəyə qarşı silah embarqosunu ləğv etdikdən sonra da, ikitərəfli müdafiə əməkdaşlığının 1974-cü il səviyyəsinə qaytarılması iki il çəkir.
1980-ci illərdə Türkiyə ilə ABŞ arasındakı münasibətlər tədricən bərpa olunur. ABŞ Konqresinin Kipr üzərində hərbi yardım tədarükünü məhdudlaşdırmaq cəhdləri və ABŞ-nin siyasətçiləri tərəfindən erməni soyqırımını qınaması Ankaranı hiddətləndirsə də, Turqut Özal hökuməti ümumiyyətlə Ronald Reyqan və Corc Herbert Uoker Buşun siyasətlərinə müsbət yanaşır. Vaşinqton Turqut Özalın iqtisadi siyasətini dəstəklədiyini nümayiş etdirir və Beynəlxalq Valyuta Fondunun Türkiyəyə iqtisadi yardım proqramını başladaraq Türkiyə iqtisadiyyatını beynəlxalq ticarətə açmaq imkanlarını artırır. ABŞ,Avropa ölkələrindən fərqli olaraq Türkiyəni insan haqlarının pozulması faktlarına görə xüsusilə tənqid etmir və eyni zamanda türk-kürd qarşıdurması səbəbiylə Turqut Özal hökumətinə təzyiq göstərmir. 1989-cu ilə qədər Amerika Birləşmiş Ştatlarının siyasətləri, Türkiyədəki siyasi elita tərəfindən yaxşı qarşılanır
1991-ci ildə Soyuq mharibə sona çatır və Türkiyə liderləri ölkələrinin xarici siyasətini yenidən düşünməyə məcbur olur. Sovet təhlükəsinin yoxa çıxması və ölkənin Avropa Birliyinə qoşulması ilə bağlı həll olunmamış problemli məsələ türklər arasında qeyri-müəyyənlik hissinə səbəb olur. Turgut Özal Türkiyənin gələcək təhlükəsizliyinin ABŞ ilə ortaqlığının davam etməsi ilə sıx bağlı olduğuna inanırdı. Bu səbəblə Türkiyə və İraq arasında geniş iqtisadi əlaqələr olmasına baxmayaraq, Körfəz müharibəsi dövründə ABŞ-nin mövqeyini dəstəkləyir․ Müharibə bitdikdən sonra Turqut Özal ABŞ-nin bölgədəki siyasətini dəstəkləməyə davam edir: Şimali İraq üzərində uçuşa qadağan zonanın yaradılması, Ərəb-İsrail sülh prosesi və MDB-də Orta Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi.
Türk əhalisi arasında Turqut Özalın qərbyönümlü siyasətini hər kəs bəyənmir. 1991-ci ildə ABŞ-nin İraqı bombalamaq üçün Türkiyə hərbi obyektlərindən istifadə etməsini qadağan etməyi hədəfləyən bir sıra müharibə əleyhinə nümayişlər keçirilir. 1992 və 1993-cü illərdə ABŞ-nin Türkiyədəki obyektlərinə ara sıra hücumlar olur. Buna baxmayaraq Türkiyədəki siyasi elita arasında ölkənin ABŞ-nin strateji müttəfiqi olaraq qalmasının faydalı olduğu barədə bir fikir birliyi var idi. Bu səbəbdən Türk siyasətçilər Süleyman Dəmirəl və Tansu Çillər ABŞ prezidentləri Böyük Buş və Bill Klintonla əlaqələrini inkişaf etdirməyə davam edir. 1995-ci ilin əvvəlində Türkiyənin ən güclü beynəlxalq bağları Amerika Birləşmiş Ştatları ilə olur.
2001-ci ildə Türkiyə koalisiya qüvvələrinin Əfqanıstandakı hərbi əməliyyatına qatılır.
2016-cı ildə Amerika Birləşmiş Ştatları Türkiyədəki hərbi çevriliş cəhdini qınayır və mövcud Türkiyə hökumətini dəstəkləməyə davam edir.
Türkiyədə keşiş Endryu Bransonun həbsi ilə əlaqədar 2018-ci ildə ölkələr arasındakı münasibətlər kəskinləşir. 2018-ci ilin oktyabr ayında Türkiyə hökuməti Bransonu sərbəst buraxır və o, Amerika Birləşmiş Ştatlarına dönür[1].
ABŞ Konqresi 29 oktyabr 2019-cu il tarixində ABŞ–Türkiyə münasibətlərini bir qədər gərginləşdirən erməni soyqırımını tanıyan bir qərar qəbul edir. Həmin il 16 dekabr tarixində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, ölkə parlamentinin Amerika qitəsinin müstəmləkəçiliyi əsnasında ABŞ-nin yerli əhalisi olan hindlilərin soyqırımı ilə bağlı bir qərar qəbul edə biləcəyini bildirir.
Ticarət əlaqələri
2000-ci illərdə Türkiyə Amerika malları üçün vacib bir bazar olur. ABŞ-dən Türkiyəyə illik ixracat 2001-2011-ci illərdə 3261 milyon dollardan 16034 milyon dollara yüksəlir[2]. Bu müddət ərzində Türkiyənin ABŞ-na illik ixracatı biraz artır: 3126 milyon dollardan 4584 milyon dollara yüksəlir. 2015-ci ildə ölkələr arasındakı ticarət həcmi 17,4 milyard ABŞ dolları təşkil etmişdir.
- ABŞ-dən Türkiyəyə ixracat: təyyarə, dəmir və polad, kənd təsərrüfatı məhsulları, yağ, pambıq iplik və parça.
- ABŞ Türkiyədən idxal edir: nəqliyyat vasitələri, maşınlar, dəmir və polad, kənd təsərrüfatı məhsulları, traverten və mərmər.
Hərbi əməkdaşlıq
1990-cı illər: ABŞ-nin bölgədəki siyasətinə, o cümlədən Şimali İraq üzərində uçuşa qadağan zonanın yaradılması, Ərəb-İsrail sülh prosesi üçün dəstək.
2001-ci ildə Türkiyə koalisiya qüvvələrinin Əfqanıstandakı hərbi əməliyyatına qatılması.
Türkiyəyə 4 ədəd F-35 təlim təyyarəsi gətirilir (2020-ci ilə kimi). Ümumilikdə 100 ədəd F-35A sifariş edilir. Ankara tərəfindən Rusiiyaya məxsus S-400-lərin alınması ilə bağlı Vaşinqtonla fikir ayrılıqları səbəbindən müqavilə ləğv edilir (Rusiya öz növbəsində, Türkiyəyə F-35 əvəzinə Su-35 və Su-57 tədarük etməyi təklif edir[3]).
Həmçinin bax
İstinadlar
- Власти Турции освободили американского пастора Эндрю Брансона Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine // Deutsche Welle
- Калугин П. Е. Современное стратегическое сотрудничество Российской Федерации с Турцией в сфере энергетики. Диссертация на соискание ученой степени кандидата исторических наук. Иркутск, 2014. — С. 168. Режим доступа: http://isu.ru/ru/science/boards/dissert/dissert.html?id=5 Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine
- "Первый этап поставки российских С-400 в Турцию завершён". 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.