Türkistan legionu
Türkistan legionu — İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası qüvvələri tərəfindən döyüşən və almanlar tərəfindən əsir alınan SSRİ-də yaşayan türk millətlərinin nümayəndələrindən təşkil olunmuş legion. 1942-ci ilin yanvarında isə 1-ci (450-ci) formalaşmağa başladı ki, burada da müəyyən sayda azərbaycanlılar vardı. Taburun yaradıcısı və birinci komandiri mayor A. Mayer-Mader idi. Mayor A. Mayer-Mader Birinci Dünya müharibəsində kəşfiyyatçı olmuş, uzun illər Şərq ölkələrində işləmiş və xüsusən Çində general Çan Kay Şinin hərbi məsləhətçisi olmuşdu. Türk xalqlarının psixologiyasına və adət-ənələrinə yaxından bələd olan Mayor Mader müəyyən səbəblərə görə 1942-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdırıldı. O, 1943-cü ilin sonlarında SS rəhbərliyinə öz xidmətini təklif etdi və ona SS hissələri tərkibində Türkistan alayı yaratmaq tapşırıldı. Yaradılan alayın bazası üzərində “Yeni Türkistan” diviziyası formalaşdırmaq da nəzərdə tutulurdu.
Türkistan legionu | |
---|---|
Turkistanische Legion | |
Yaranma tarixi | 1942-1945 |
Ölkə | Nasist Almaniyası |
Tabedir | Vermaxt |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Sovet təbliğatında Türkistan legionunun qurucusu kimi Mustafa Çokay göstərilir. Legionun əsas məqsədi Türkistanın birliyi və Sovet əsarətindən azad edilməsi uğrunda mübarizə aparmaq idi. Legionun tərkibinə qoşulanlar əsasən Sovet ordusundan almanlara əsir düşən türkistanlı əsgərlər, Avropa və Türkiyədə yaşayan Türkistan mühacirləri və ziyalıları idi.